VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başlayır

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başlayır

01-10-2021 16:27 / Bu xəbər 2869 dəfə oxundu

Yarmarkada 43 xarici, 99 yerli təşkilat iştirak edəcək

Oktyabrın 6-dan 10-dək Bakıda VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində olacaq.

Nazirliyin məlumatına bildirilir ki, kitab festivalı şair Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunub.

İştirakçılar üçün 6 kvadrat metrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar Mədəniyyət Nazirliyi tərəfindən ödənişsiz olaraq təmin edilir.

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 43 xarici təşkilat, 99 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək və sərgi müddətində müxtəlif formatda 139 tədbir təşkil olunacaq.

Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak edəcəklər.

Çingiz Abdullayev, Gülseren Buğdayıcıoğlu, Elxan Elatlı, Sinan Yağmur, Toğrul Mehti Niyazi, Ercan Kesel və digər tanınmış yazıçılar sərgiyə qonaq qismində qatılacaq.

İştirakçılar tərəfindən sərgidə satışa çıxarılacaq bütün kitabalara böyük endirimlər nəzərdə tutulur.

Ziyarətçilər üçün sərgiyə "Koroğlu” metro stansiyasından hər yarım saatdan bir, "Elmlər Akademiyası” stansiyasının yanından isə hər saatdan bir avtobuslar hərəkət edəcək.