Vüsal Novruzovu kim əvəzləyəcək? - İLGİNC

Vüsal Novruzovu kim əvəzləyəcək? - İLGİNC

22-06-2016 18:14 / Bu xəbər 1470 dəfə oxundu

Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük generalı Vüsal Novruzovun yaxın günlərdə vəzifəsindən azad olunacağı gözlənilir. 

Bu barədə Arqument.Az-a daxil olan məlumatda bildirilir. 

Məlumatda deyilir ki, Novruzov böyük ehtimalla Gömrük keçid məntəqələrindən birinə rəis vəzifəsinə təyin oluna bilər. 

Bir neçə ildir ki, yüksək postda təmsil olunan və general rütbəsinə qədər yüksələn Novruzovla bağlı bu qərarın hansı səbəbdən veriləcəyi açıqlanmır. Böyük ehtimalla bu məsələnin gündəmə gəlməsi Novruzovla bağlı mediada yer alan və qalmaqala səbəb olan məlumatlardır. 

Bakı Baş Gömrük İdarəsinə kimin rəis gətiriləcəyinə gəlincə, mənbə bildirib ki, bu posta xaricdə təhsil alan gənclərdən biri təyin oluna bilər. 

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin rəisi Natiq Axundovla əlaqə saxladıq. Sualı ünvanlayandan sonra telefonu qapatdı. Sonradan etdiyimiz zənglərə də cavab vermədi. 

Arqument.Az