“Wolt” fəaliyyətini davam etdirdiyini deyir

“Wolt” fəaliyyətini davam etdirdiyini deyir

16-08-2023 01:59 / Bu xəbər 1676 dəfə oxundu

"Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər”

"Volt Azərbaycan” MMC (Wolt) Qida Təhlükəsizliyi Agentliyinin iddialarına cavab verib.

Şirkət bu barədə sosial şəbəkələrdə məlumat yayıb. Bildirilir ki, "Wolt” şirkəti öz fəaliyyətini davam etdirir: "Tətbiqimiz aktivdir və müştərilər öz sifarişlərini həmişəki qaydada yerləşdirə bilərlər. AQTA tərəfindən irəli sürülən iddialara gəldikdə isə "Wolt” öz fəaliyyətini heç bir qanun pozuntusu olmadan həyata keçirir və bu məhkəmənin qüvvəyə minmiş qərarı ilə təsdiqlənib”.

"AQTA tərəfindən "Volt Azərbaycan” MMC-nin fəaliyyətində pozuntuların aşkar edilməsi barədə yayılan məlumatların həqiqətlə heç bir əlaqəsi yoxdur. Təəssüflər olsun ki, AQTA şirkətimizə təzyiq göstərmək üçün nüfuzumuza xələl gətirən natamam və həqiqətə uyğun olmayan məlumatların sosial şəbəkələrdə yayılması yolunu seçib”, – şirkətin məlumatında deyilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi "Volt Azərbaycan” ("Wolt”) Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.