Xərçəngdən əziyyət çəkən yazıçı: "Pul göndərənin kimliyini bilmirəm"

Xərçəngdən əziyyət çəkən yazıçı:

05-03-2024 11:24 / Bu xəbər 1429 dəfə oxundu

"Hazırda elə bir mərhələdəyəm ki, hələlik əməliyyat mümkün deyil..."

Bu sözləri "Kulis.az"a tanınmış yazıçı, tərcüməçi Günel Natiq deyib.

Onun sözlərinə görə, hazırda kimyaterapiya davam edir: "İlk diaqnoz 17 yaşımda qoyulmuşdu. Sonradan bu bəladan qurtulsam da, bu il təzədən başladı. Hazırda elə bir mərhələdəyəm ki, hələlik əməliyyat mümkün deyil. 

Günel Natiq ona maddi-mənəvi dəstək olanlara təşəkkür edib: "Qanun" nəşriyyatı 1000 manat kömək etdi. Dostlar da kart hesabımı paylaşmışdılar, bir nəfər 200 manat göndərib, kim olduğunu bilmirəm. Hələ ki başqa maddi dəstək olmayıb. Hər halda, mənə maddi-mənəvi dəstək olan hamıya təşəkkür edirəm".

Günel Natiq uzun müddətdir xərçəngdən əziyyət çəkir.