Zaxarova: "Azərbaycanla Ermənistan arasında danışıqlar Rusiyada keçiriləcək"

Zaxarova:

12-04-2023 16:29 / Bu xəbər 930 dəfə oxundu

Azərbaycanla Ermənistan arasında danışıqların növbəti mərhələsinin Rusiyada keçiriləcəyi açıqlanıb. 

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə belə deyib.

O bildirib ki, hər iki tərəf buna razılıq verib.

XİN sözçüsü deyib ki, Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir.

Zaxarova danışıqların nə vaxt baş tutacağını isə açıqlamayıb.