Zelenski: Ukrayna Baxmutu itirərsə, Kiyev kompromisə sövq ediləcək
29-03-2023 12:40 / Bu xəbər 962 dəfə oxundu
Ukrayna Donetsk vilayətində rus işğalçıları ilə qızğın döyüşlərin getdiyi Baxmut şəhərini itirərsə, Rusiya prezidenti Vladimir Putin bu qələbəni həmvətənlərinə, İrana və Çinə "satacaq” və Ukrayna kompromisə doğru sövq ediləcək.
Ukrayna Prezidenti Volodimir Zelenski "The Associated Press”ə müsahibəsində rusiyalıların lideri ukraynalıların zəif olduğuna dair "bir növ qan qoxusunu hiss etsə”, "sıxacaq, sıxacaq, sıxacaq”, - deyib.
"Baxmut Rusiya qoşunlarına təslim olarsa, onların prezidenti Vladimir Putin bu qələbəni Qərbə, öz cəmiyyətinə, Çinə, İrana satacaq", - Ukrayna lideri bildirib.
Ukrayna dövlət başçısı vurğulayıb ki, Baxmutda məğlub olacağı təqdirdə hökumət daxili və xarici təzyiqlərlə üzləşəcək.
"Cəmiyyətimiz özünü yorğun hiss edəcək... Cəmiyyətimiz məni onlarla güzəştə getməyə sövq edəcək", - Zelenski xəbərdarlıq edib.












