Tərtərdə həkimlərdən içməli suya qadağa - VİDEO

Tərtərdə həkimlərdən içməli suya qadağa - VİDEO

21-07-2017 18:11 / Bu xəbər 1798 dəfə oxundu

2014-cü ildə Tərtər rayonunun mərkəzinə çəkilən suyun insan orqanizminə təhlükəli olması barədə xəbərlər yayılıb. 

Arqument.Az xəbər verir ki, bu barədə Müsavat Partiyasının Divan üzvü Vəfa Cümşüdlü məlumat yayıb. 

O bildirib ki, həkimlər içməli suyun təhlükəli olduğunu deyiblər: "Hətta bir müddət əvvəl bununla bağlı çəkilən videoda da suyun keyfiyyətlisizliyi açıq-aydın görünürdü. İş o həddə çatıb ki, həkimlər sudan nəinki istifadə etməyi, hətta yuyunmağı belə məsləhət görmürlər. İnsan həyatına təhlükəli olan suyun əhaliyə verilməsi hansı məqsədi güdür, görəsən?!"

Vəfa Cümşüdlü deyib ki, aidiyyati qurumlar yayılan informasiyaya münasibət bildirməlidirlər. 

Arqument.Az
 

 Tərtərə yeni çəkilmiş içməli suyun, təhlükəli tərkibi

Tərtər sakinləri içməli su ilə təmin olunub - 2014-cü il.