YAP Tağı Əhmədovla bağlı yayılan xəbərlərə münasibət bildirdi

YAP Tağı Əhmədovla bağlı yayılan xəbərlərə münasibət bildirdi

13-07-2017 16:42 / Bu xəbər 1082 dəfə oxundu

Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunandan sonra hakim partiyanın onun yerinə məsləhətli kadr olaraq Tağı Əhmədovun adını təqdim etməsi barədə məlumat yayılıb.

Ölkə.az-ın yaydığı xəbərdə bildirilir ki, təqdimatda Tağı Əhmədovun uzun illər gördüyü çoxsaylı xidmətləri və Heydər Əliyev siyasətinə sadiqliyi qeyd olunub. Eyni zamanda qeyd edilib ki, Tağı Əhmədov YAP Yasamal rayon təşkilatının sədri olaraq da rayon əhalisi ilə sıx görüşlər keçirib, rayon sakinlərinin müəyyən rəğbətini qazanıb. 

"Qaynarinfo" məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Məlahət Həsənova ilə əlaqə saxlayıb. Məlahət Həsənova Tağı Əhmədovun uğurlu və uğursuz namizəd olacağı ilə bağlı heç bir söz deyə bilməyəcəyini qeyd edib:


"Mən bu işlərlə bağlı səlahiyyətli deyiləm. Ona görə də belə hədsiz dərəcədə ciddi məsələlər barəsində hansısa iddialara görə qəti surətdə münasibət bildirə bilmərəm. Bilirsiniz bu vəzifə təyinatla olan bir şeydir, o da cənab prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Biz belə məsələləri nə qiymətləndirir, nə də dəyərləndiririk. Azərbaycanın hər bir vətəndaşı uğurludur, bir-birindən ləyaqətlidir. Ona görə Tağı Əhmədov belə bir vəzifəyə təyin olunarsa necə olar? Bu barədə bir söz deyə bilmərəm".