28 May Respublika Günü ləğv edilir: Müstəqillik Günü olacaq

28 May Respublika Günü ləğv edilir: Müstəqillik Günü olacaq

06-10-2021 12:14 / Bu xəbər 1409 dəfə oxundu

Qanun layihəsinə görə, 28 May Müstəqillik Günü kimi qeyd olunacaq

Azərbaycanda mayın 28-i Müstəqillik Günü və oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

"Report" xəbər verir ki, bu, "Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilirdi. 

Yeni qanun layihəsinə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilir və bundan sonra mayın 28-i Müstəqillik Günü kimi qeyd ediləcək.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.