Ermənilərin təkcə bir hospitaldakı yaralıların sayı

Ermənilərin təkcə bir hospitaldakı yaralıların sayı

21-04-2016 12:12 / Bu xəbər 3402 dəfə oxundu

Ermənistan Müdafiə Nazirliyinin İrəvandakı mərkəzi hospitalında 53 yaralı əsgər müalicə alır.

Arqument.Az axar.az-a istinadən bildirir ki, bu, 21 aprel tarixinə olan rəsmi açıqlamadır. Hospitalın rəisi Aram Asaturyan erməni mediasına açıqlamasında deyib ki, yaralılardan ikisinin vəziyyəti ümidsizdir, 3 əsgər isə ağır vəziyyətdədir.  
 
Qeyd edək ki, bu, yalnız İrəvan hospitalında olan yaralılar barədə rəsmi açıqlamadır. Ümumilikdə isə erməni mediası dördgünlük müharibə zamanı 322 hərbçi itirdiklərini, 500-dən artıq yaralı olduğunu açıqlamışdı.

Arqument.Az