ABŞ Ermənistandakı vətəndaşlarına müraciət etdi: “Sərhədə getməyin”
02-02-2024 18:04 / Bu xəbər 1005 dəfə oxundu
Səfirlik hər hansı qeyri-vacib səyahəti qadağan sayır
ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına müraciət edib.
Səfirlik onları Ermənistan-Azərbaycan sərhədinə səfər etməməyə çağırıb.
ABŞ Səfirliyi əməkdaşlarına və onların ailələrinə aşağıdakı yerlərə hər hansı qeyri-vacib səyahəti qadağan sayıb.
Səfirlik həmin ərazilərin adlarını da açıqlayıb: "Vardenisin şərqindəki Geqarkunik bölgəsi, Gorusun şərqindəki Sünik və Qafandan cənubda Sünik rayonu”.
Bildirilir ki, Ararat rayonunun Yeraşx kəndi ilə səyahətə icazə verilir, amma həmin yerlərdə dayanmaq qadağandır.
"ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı olmağa davam etməlidirlər”, – deyə müraciətdə qeyd olunur.