Zelenski: “Bu gün Avropanın 27 liderindən soruşdum – Hamısı qorxur”

Zelenski: “Bu gün Avropanın 27 liderindən soruşdum – Hamısı qorxur”

25-02-2022 10:28 / Bu xəbər 760 dəfə oxundu

"Ukraynanı NATO-ya aparmağa qorxurlar”

"Ukraynaya kömək edən hər bir dövlətə həqiqətən minnətdaram. Amma konkret kömək edən, sözlə deyil. Biz dövlətimizin müdafiəsində tək qalırıq. Kim bizimlə birgə döyüşməyə hazırdır? Düzünü desəm, mən beləsini görmürəm”.

Bu bəyanatla Ukrayna prezidenti Vladimir Zelenski çıxış edib. 

Zelenski təəssüf hissi ilə bildirib ki, tərəfdaşları Ukraynanı NATO-da görməyə hazır deyil: "NATO-ya üzv olmaq üçün Ukraynaya kim zəmanət verməyə hazırdır? Düzü, hamı qorxur. Bu gün Moskvadan eşitdik ki, onlar dövlətimizin neytral statusundan danışmağa hazırdırlar. Bütün tərəfdaşlarımızdan soruşuram ki, hazırda ölkəmizin taleyi həll olunur, siz bizimləsiz? Cavab verirlər ki, bizimlədirlər. Amma bizi özləri ilə alyansa aparmağa hazır deyillər. Mən bu gün birbaşa Avropanın 27 liderindən soruşdum – Ukrayna NATO-da olacaqmı? Hamısı qorxur. Cavab vermirlər. Amma biz ölkəmizi qoruyarkən heç nədən qorxmuruq”.