Adi bir icra başçısının biznesi və obyektlərinin siyahısı

Adi bir icra başçısının biznesi və obyektlərinin siyahısı

10-02-2024 01:09 / Bu xəbər 593 dəfə oxundu

15 beş ildir ki, Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin biznesi və obyektləri ilə bağlı məlumat yayılıb.

"Qlobal.az"ın  yaydığı məlumatda deyilir: 
 
Qaxda "El Resort” otel kompleksi, Qax İlisu kəndində "Yurd Hotel" istirahət kompleksi, İlisu kəndində "Yaşıl Park” otel kompleksi, "Səngər Qala” otel kompleksi, "Ulu Dag” oteli, Qax Fındıq Zavodu, Qax rayon taxıl məhsulları kombinatı, Eden Park Hotel Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan "Residence” ailəvi istirahət mərkəzi, Bakıda Koroğlu Rəhimov küçəsindəki "Növbahar" və "Zakura Yapon mətbəxi" restoranı Mübariz Əhmədova məxsusdur.

Sayt yazır ki, icra başçısı yaxın günlərdə vəzifəsindən azad ediləcək. 
 
Məlumata görə, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin vəzifədən çıxarılmasına səbəb Zaqatala rayonunun sosial-iqtisadi inkişafdan geri qalmasıdır. 

 Hazırda 77 yaşı olan icra başçısının əhali ilə görüşə mütəmadi olaraq getmədiyi də xəbərlər arasında yer alır. 
 
Mübariz Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin qardaşıdır. 
 
Mediada yazılan xəbərlərə görə, Əhmədzadələrin Avropada dəyəri on milyonlarla ölçülən biznes şəbəkələri var. 
 
Ölkədə və Avropadakı biznesləri barədə yayılan məlumatlar Əhmədzadələr tərəfindən təkzib edilməyib. 

Mübariz Əhmədzadə 2009-cu ildən Zaqatala rayon İcra Hakimiyyətinin başçısıdır. 

"Arqument.az" Mübariz Əhmədzadədən münasibət öyrənə bilməyib.