"Amnesty International" Bəxtiyar Hacıyevi azad etməyə çağırdı
12-12-2022 01:01 / Bu xəbər 818 dəfə oxundu
"Amnesty International" hüquq-müdafiə təşkilatı Bəxtiyar Hacıyevin dərhal azadlığa buraxılmasına çağırıb.
Bu barədə təşkilatın "Tvitter" hesabında məlumat yayılıb.
"Azərbaycandan olan keçmiş vicdan məhbusu Bəxtiyar Hacıyev yenidən həbs edilib. Onu siyasi motivli ittiham üzrə 3 ilədək həbs təhlükəsi gözləyir. O, dərhal azadlığa buraxılmalı və ədalətli məhkəmə çəkişməsinə malik olmalıdır”, - deyə təşkilat bildirib.












