Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulub
18-11-2022 18:11 / Bu xəbər 820 dəfə oxundu
Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədlinin ölkədən çıxışı məhdudlaşdırılıb.
Məlumata görə, Anar Əsədli bu gün Türkiyəyə səfərə gedərkən məlum olub ki, ölkədən çıxışına qadağa qoyulub.
Partiya başqanı məlumatı "Qaynarinfo"ya təsdiqləyib.
"Bu gün Ankaraya səfərim var idi və məlum oldu ki, ölkədən çıxışıma Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulub. Hazırda Heydər Əliyev hava limanındayam. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi məlumatlandırılıb”, - deyə Anar Əsədli bildirib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Operativ Media”ya bildirib ki, A.Əsədli barəsində iki vətəndaş şikayət edib.
Onun sözlərinə görə, onlardan biri Anar Əsədlinin 150 min, digəri isə 10 min ABŞ dolları pullarını mənimsədiyini bildirib.












