ATƏT azərbaycanlı əsirə qarşı fiziki zorakılığı pisləyir
14-04-2023 18:13 / Bu xəbər 869 dəfə oxundu
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistanda Azərbaycan hərbiçisinə qarşı fiziki zorakılıq göstərilməsini pisləyən bəyanat yayıb.
Təşkilat "Twitter" hesabında məlumat yayıb.
Bildirir ki, Ermənistanda azərbaycanlı hərbiçiyə qarşı açıq-aşkar pis rəftarın görüntüləri dərin narahatlıq doğurur.
"Bu hadisə dərhal araşdırılmalıdır və beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb olunmalıdır", - deyə qeyd edilir.












