ATƏT müşahidəçiləri fevralın 8-də mətbuat konfransı keçirəcəklər

ATƏT müşahidəçiləri fevralın 8-də mətbuat konfransı keçirəcəklər

06-02-2024 14:21 / Bu xəbər 541 dəfə oxundu

Beynəlxalq seçki müşahidəçiləri Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra əldə etdikləri nəticələri təqdim etmək üçün mətbuat konfransı keçirəcəklər.

Jurnalistlər qarşısında Artur Gerasimov - Xüsusi Koordinator və ATƏT-in qısamüddətli müşahidəçilərinin rəhbəri, Daniela De Ridder - ATƏT PA nümayəndə heyətinin rəhbəri, Ouen Mörfi - DTİHB seçkiləri müşahidə missiyasının rəhbəri çıxış edəcəklər.

Mətbuat konfransı fevralın 8-də saat 15:00-da Landmark III Rotunda zalında (Xaqani küç. 4C) keçiriləcək. 

***
 
Beynəlxalq seçki müşahidəsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyasının (ATƏT PA) birgə missiyasıdır.

Müşahidə missiyası 256 ekspert DTİHB-dən və 79 nəfər ATƏT PA-dan olmaqla, ümumilikdə 335 uzunmüddətli və qısamüddətli müşahidəçidən ibarətdir.