ATV rəhbərliyi Mətanətə haqq qazandırdı, medianı borclu çıxardı
21-05-2015 13:06 / Bu xəbər 2851 dəfə oxundu
"Azad Azərbaycan" telekanalının bədii şurasının iclası keçirilib.
Telekanaldan Ölkə.Az-a verilən eksklüziv məlumatda bildirilir ki, Bədii Şuranın iclasında dünən yayımlanan "Gündəlik" verilişi müzakirə olunub:
"Sosial şəbəkələrdə və bəzi internet portallarında verilişin aparıcısı Mətanət Əliverdiyevanın yayım zamanı işlətdiyi bəzi sözlər bilərəkdən dəyşikliyə məruz qalaraq kontekstdən çıxarılaraq təqdim edilməsi qiymətləndirilib. ATV-də canlı yayımlanan verilişlərdə iştirak edən bütün əməkdaşlara tövsiyyə olunub ki, bu cür həssas məqamlarda fikirlərini ifadə edərkən son dərəcə diqqətli olsunlar. Çünki bəzi məkrli media qurumları və internet portallarının əməkdaşları işlədilən ifadələri bilərəkdən konteksdən çıxararaq öz mənafelərinə uyğun formada təqdim edirlər. Və beləliklə də ATV-nin adını hallandırmaqla belə həssas məqamlarda öz oxucu saylarını artırmağa çalışırlar. Baxmayaraq ki, TV-lər sırasında ilk olaraq ATV kanalı öz proqram siyasətinə dəyişiklik edərək şou verlişlərin yayımını dayandırıb, bundan başqa hadisə yerindən ardıcıl olaraq xəbərlər yayımlayıb. Bəzi həmkarlarmızı görülən bu işlərə kölgə salmaqdan və diqqəti əsas faciədən yayındırmaqdan çəkinməyə çağırırıq".
Xatırladaq ki, teleaparıcının "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözləri mətbuatda və sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.