Azərbaycan əsgərinin itkin düşdüyü bildirilir

Azərbaycan əsgərinin itkin düşdüyü bildirilir

10-06-2024 15:04 / Bu xəbər 621 dəfə oxundu

Müdafiə Nazirliyi axtarış aparıldığını deyir

Azərbaycan Ordusunun əsgəri Ceyhun Hüseynovun iyunun 9-da Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşdüyü bildirilir.

Bu barədə iyunun 10-da Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, hərbi qulluqçunun axtarışı ilə bağlı zəruri tədbirlər görülür.