Azərbaycan Ordusu daha 8 kəndi işğaldan azad etdi - İlham Əliyev açıqladı

Azərbaycan Ordusu daha 8 kəndi işğaldan azad etdi - İlham Əliyev açıqladı

14-10-2020 15:52 / Bu xəbər 1117 dəfə oxundu

Prezident İlham Əliyev bir neçə kəndin azad olunmasını elan edib. 

Dövlət başçısı bu barədə tviterdə məlumat yayıb.

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, o bildirib.