HRW: "Anar Məmmədli dərhal azad edilməlidir"

HRW:

30-04-2024 14:01 / Bu xəbər 512 dəfə oxundu

Təşkilatın direktor müavini Azərbaycandakı həbslərdən danışıb

"Human Rights Watch” (HRW) insan hüquqları təşkilatı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları fəalı Anar Məmmədlinin saxlanmasını pisləyib.

Azərbaycan hökumətinə onun dərhal azadlığa buraxılması ilə bağlı çağırış edib: "Jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının ard-arda həbsinin ardınca, hakimiyyət tanınmış vətəndaş cəmiyyəti fəalı Anar Məmmədlini həbs edib. Bunu qarşıdan gələn "COP29”-a ev sahibliyi etməyə hazırlaşarkən edib. Anar Məmmədli dərhal azad edilməlidir”, – "Human Rights Watch”-un Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Reyçel Denber "X” sosial şəbəkəsində belə yazıb.

Anar Məmmədli aprelin 29-da Bakıda saxlanılıb. 

Daha sonra onun özünün və atasının evində axtarış aparılıb.

Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilib.