Avropa İttifaqı hüquq müdafiəçisi ilə bağlı çağırış etdi

Avropa İttifaqı hüquq müdafiəçisi ilə bağlı çağırış etdi

30-04-2024 15:41 / Bu xəbər 443 dəfə oxundu

"Anar Məmmədlinin saxlanılması Avropa İttifaqı üçün narahatlıq doğurur"

"Azərbaycanda Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin saxlanması müstəqil jurnalistlər və fəalların həbsləri silsiləsinin sonuncusudur və Avropa İttifaqı üçün  narahatlıq doğurur". 

Bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano "X" (tvitter) platformasında yazıb.

"Əsas hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir", - deyə o qeyd edib.

Məmmədli aprelin 29-da saxlanılıb.

O, "Abzas Media"nın işi üzrə prosesə cəlb edilib. 

Bu iş çərçivəsində artıq 7 jurnalist və mətbuat işçisi qaçaqmalçılıq ittihamı ilə həbs olunub.