Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu

17-04-2020 22:31 / Bu xəbər 1268 dəfə oxundu

Azərbaycanda 57 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat yayıb.

Məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 528 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat etmiş, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bildirlir ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb.