Bakıda partlayış: "Sobsan" yandı - VİDEO

Bakıda partlayış:

04-07-2020 22:07 / Bu xəbər 2727 dəfə oxundu

Binəqədi rayonunda "Sobsan" boya fabrikində yanğın baş verib.

Hadisə şahidlərinin arqument.az-a verdiyi məlumata görə, yanğından öncə 1, yanğın zamanı isə 4 partlayış baş verib.

Ümumilikdə 5 partlayışın  qeydə alındığı hadisə zamanı 5 nəfər xəsarət alıb. 

Məlumata görə, partlayış 25 tonluq çənlərdən birində baş verib.

Əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb edilib. 

Hazırda yanğın davam edir. 

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də yanğın baş verən yerə gəlib.

Əraziyə cəlb olunmuş FHN-nin 32 texnikası və 160 canlı qüvvəsi yanğının söndürülməsi üçün mübarizə aparır.
 
[