Tovuz istiqamətində döyüşlər gedir: itkilər var - Müdafiə Nazirliyi

Tovuz istiqamətində döyüşlər gedir: itkilər var - Müdafiə Nazirliyi

12-07-2020 16:42 / Bu xəbər 3016 dəfə oxundu

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

"İctimaiyyətə əlavə məlumat veriləcək", - açıqlamada deyilir.