Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxdu: ölən var

Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxdu: ölən var

10-04-2020 21:30 / Bu xəbər 1213 dəfə oxundu

Azərbaycan Respublikasında 65 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü, ağ ciyər ödəmi və tənəffüs çatışmazlığı olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61 342 test aparılıb.