Azərbaycanda ölümün çox olduğu bölgələr

Azərbaycanda ölümün çox olduğu bölgələr

24-05-2023 14:15 / Bu xəbər 557 dəfə oxundu

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 16672 ölüm qeydə alınıb, ötən ilin ilk rübünə nəzərən 10,7 faiz azalma rəsmiləşib.

Hər 1000 nəfərə ölüm göstəricisi 6,7 olub. 

Bakıda və paytaxtın Xətai rayonunda bu rəqəm 6,9, Suraxanı rayonunda 8,7, Yasamal rayonunda 8,5, Qaradağ rayonunda 7,8, Sabunçu və Səbail rayonlarında 6,8-dir.

Siyəzəndə hər 1000 nəfərə 9, Gədəbəydə 8,6, Ağstafada 8,4, Daşkəsən, Göygöl və Şəkidə 8,3, İsmayıllıda 8,2, Göyçay və Qubadlıda 8, Qax və Qazaxda 7,9, Xızı, Neftçala və Tovuzda 7,8, Xocavənd və Mingəçevirdə 7,7, Goranboy, Quba və Zaqatalada 7,6, Ağdam və Salyanda 7,5, Şirvan şəhərində, Xaçmaz, Samux və Ucarda 7,4, Ağsu, Bərdə, Füzuli, Gəncə və Yevlaxda 7,3, İmişlidə 7,2, Şuşa və Zərdabda 7,1, Lənkəran, Şahbuz və Tərtərdə 7, Astarada 6,8 ölüm sənədləşib.