Azərbaycanın iki hərbi qulluqçunu ildırım vurub
10-06-2024 12:57 / Bu xəbər 613 dəfə oxundu
Hər iki hərbçi vəfat edib
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu həyatını itirib.
DSX-nin məlumatına görə, iyunun 9-da "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
Qurum faktla bağlı araşdırma aparıldığını bildirir.