Baydenin xüsusi nümayəndəsi Bakıya gəldi

Baydenin xüsusi nümayəndəsi Bakıya gəldi

23-02-2024 10:38 / Bu xəbər 594 dəfə oxundu

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində paylaşım edilib.
 
Syu Biniazini noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək.

O həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək.