BBC Mətbuat Şurasının çağırışına cavab verdi

BBC Mətbuat Şurasının çağırışına cavab verdi

05-09-2023 21:30 / Bu xəbər 628 dəfə oxundu

"Azərbaycanın mövqeyi yaxın günlərdə yayımlanacaq”

Azərbaycan Mətbuat Şurası BBC-nin Azərbaycan xidmətini Qarabağla bağlı "qeyri-obyektiv” material verməkdə suçlayıb.

Bildirib ki, telekanal Azərbaycanla Ermənistan arasında münasibətər, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlayır, qərəzli iddialar irəli sürür.

Mətbuat Şurası BBC azərbaycanca ilə bağlı tədbirlər görülməsini istəyir: "Ya üzr istəsinlər, ya da Azərbaycan xidmətinin fəaliyyəti dayanmalıdır”.

BBC-nin mətbuat xidmətindən isə Meydan TV-yə bildirilib ki, Qarabağdakı hadisələri öz xəbər proqramlarında işıqlandırmağa davam edən BBC bunu qərəzsiz etmək və müxtəlif mövqelərdən çıxış edən şəxslərin fikirlərini eşitmək prinsipinə sadiqdir.

Mətbuat Xidməti deyib ki, yaxın günlərdə "BBC News” xəbərlərində Azərbaycanın mövqeyi veriləcək: "Bundan başqa, BBC-nin Azərbaycanca xidməti öz auditoriyasını qərəzsiz və müstəqil xəbər və məlumatla təmin etmək prinsipinə sadiqdir”.