Blinken: "Ukrayna və Gürcüstan NATO-ya daxil ola bilər"

Blinken:

13-12-2021 11:30 / Bu xəbər 1614 dəfə oxundu

ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib ki, Ukrayna və Gürcüstan NATO-ya daxil olmaq üçün zəruri olan tələbləri yerinə yetirsələr, alyansa daxil ola bilərlər. 

Dövlət rəsmisi bu barədə NBC telekanalına açıqlamasında danışıb. 

"Alyans hələ 2008-ci ildə Ukrayna və Gürcüstan üçün qapıların açıq olduğunu təsdiq etmişdi. Əgər onlar üzvlüyk üçün səylərini davam etdirsələr və zəruri tələbləri yerinə yetirsələr, bu onların quruma daxil olmaq şanslarını artırar", - deyə Blinken vurğulayıb. 

Dövlət rəsmisi onu da xatırladıb ki, NATO-nun qapıları alyansa üzv olmaq istəyən və kriteriyalara cavab verən bütün Avropa ölkələrinin üzünə açıqdır. 

Bundan əvvəl Rusiya NATO-nun onun sərhədlərinə yaxınlaşmaq siyasətinə qarşı çıxmışdı. Rusiya rəsmiləri dəfələrlə Ukrayna və Gürcüstanın alyansa üzv olmasının onların maraqlarına cavab vermədiyini bəyan ediblər.