Qazaxıstanda oliqarxlar qanunsuz əldə etdikləri 40 milyardı dövlətə qaytarıb

Qazaxıstanda oliqarxlar qanunsuz əldə etdikləri 40 milyardı dövlətə qaytarıb

29-04-2024 16:18 / Bu xəbər 463 dəfə oxundu

Qazaxıstanda oliqarxlar qanunsuz əldə etdikləri 40 milyardı dövlətə qaytarıb

Qazaxıstan Baş Prokurorluğunun Aktivlərin Bərpası Komitəsi oliqarxlardan ələ keçirilən on milyardlarla tengeni əlavə olaraq dövlət gəlirinə çevirib. 

"Qaynarinfo" xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hesabatda qeyd olunur ki, komissiya 40 milyard tenge (90 milyon dollardan çox) dəyərində qeyri-qanuni əldə edilmiş aktivlərin könüllü olaraq dövlətə qaytarılmasına dair sazişləri təsdiqləyib.

"Qaytarılan vəsait sosial məqsədlərə, o cümlədən daşqınların nəticələrinin aradan qaldırılmasına yönəldiləcək", - deyə mətbuat xidmətindən bildirilib.

Bundan əlavə, imzalanmış sazişə əsasən, "Qanunsuz əldə edilmiş əmlakın dövlətə qaytarılması haqqında" Qanunun əhatə etdiyi şəxslər Astana və Çimkənd şəhərlərində iki infrastruktur obyekti tikəcəklər.