“Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub

“Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub

18-09-2023 16:38 / Bu xəbər 763 dəfə oxundu

"28 Mall”da yerləşən "CinemaPlus” premium kinoteatrında amerikalı yazıçı Anna Toddun kitabı əsasında "Bundan sonra. Hər zaman” filminin son hissəsinin premyeradan öncə nümayişi keçirilib. 

Fərqli dekor və işıqlandırma, eləcə də, "A1” rəqs qrupunun parlaq şousu gecəyə romantik ab-hava qatıb.

Tədbir filmin nümayişi ilə davam edib. 

Çoxdan gözlənilən melodram janrında film, dünyada milyonlarla pərəstişkarı olan, kommersiya baxımından ən uğurlu müstəqil kinofranşizalardan biridir.

Süjet xəttinə gəlincə, sevgilisi Tessa ilə mübahisədən qurtulmaq və keçmişin səhvlərini düzəltmək üçün Hardin Atlantik sahillərinə, günəşli Lissabona yollanır. 

Tamaşaçıları Portuqaliyaya romantik səyahət gözləyir.

Filmin pərəstişkarlarının uzun zamandır maraqla izlədiyi Tessa və Hardinin sevgi hekayəsi nəhayət, sonuncu filmdə yekunlaşır. 

Filmin rejissoru Kastill Lendondur. 

Baş rollarda Cozefina Lenqford, Hiro Fayns-Tiffin, Luiza Lombar, Stiven Moye, Cessika Vebber, Kora Kirk və başqaları çəkilib.

Ülviyyə