Cəbhədə vəziyyət yenidən gərginləşdi: iki erməni hərbçi yaralandı (RƏSMİ)
21-07-2020 18:17 / Bu xəbər 2048 dəfə oxundu
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır.
Cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur.
Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır.
Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb.
Qaynarinfo-nun xəbərinə görə, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
Bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.