Əfv Komissiyası toplanıb: müraciətlərə baxılır

Əfv Komissiyası toplanıb: müraciətlərə baxılır

03-04-2024 16:06 / Bu xəbər 619 dəfə oxundu

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilir.

Xəbəri "Report" yayıb. 

Bildirilir ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılır.

İndiyədək Azərbaycanda 69 əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

Prezident İlham Əliyev sonuncu dəfə ötən il mayın 8-də Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv imzalayıb.

Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.