Eldar Mahmudovun dörd mühafizəçisi həbs edildi

27-10-2015 03:05 / Bu xəbər 2172 dəfə oxundu
"Sabiq MTN rəhbəri Eldar Mahmudovun şəxsi mühafizə xidmətinin dörd əməkdaşı həbs edilib”.
Mənbənin sözlərinə görə, həbs edilən mühafizəçilər sabiq nazirin qanunsuz göstərişlərini icra etməkdə, ayrı-ayrı şəxslərə qarşı zorakılıq sərgiləməkdə ittiham edilir. Mənbənin sözlərinə görə, aparılan araşdırmaların sonucunda E.Mahmudov və ailə üzvlərinin mühafizəsini həyata keçirən daha bir neçə şəxsin məsuliyyətə cəlb ediləcəyi gözlənilir.
moderator.az