Antikorrupsiya dalğası daha bir generalı bitirir

Antikorrupsiya dalğası daha bir generalı bitirir

06-11-2015 22:10 / Bu xəbər 4878 dəfə oxundu

Azərbaycan prezidenti sahibkarlığın inkişaf etdirilməsi və yersiz rəsmi müdaxilələrin azaldılması ilə bağlı ötən ayın sonuncu ongünlüyündə ard-arda bir sıra rəsmi sənədləri imzaladı. 

Konkret göstərişlər verərək sahibkarların müdafiəsi üçün əlindən gələni etdi. Və prossesin davam edəcəyi, sahibkarları, iş adamlarını incidən iş məmurlara qarşı sərt cəza tədbirlərinin görüləcəyinə dair bəyanatlar səsləndirdi. İslahatlar dalğası, qanunvericiliklə Dövlət Gömrük Komitəsinin funksiyalarına da şamil edilsə də, hələlik gömrük orqanlarındakı bəzi oliqarxlar bu prosseslərin önündə dayanan böyük bir problemə çevriliblər. 

Daxil olan məlumatlara əsasən yaxın günlərdə MTN olaylarının DGK-da davam etdiriləcəyi bildirilir. İnformasiyaya əsasən bununla bağlı olaraq artıq bir sıra hazırlıq işlərinə də start verilib. 

Mənbə məlumat verir ki, bununla bağlı olaraq ortada olan bir sıra məqamların araşdırılması həyata keçirilir. İnformasiyalara əsasən DGK-də sahibkarlardan xüsusi məqsədlər üçün «haqq» alan böyük bir şəbəkə artıq deşifrə edilib. İnformasiyaya əsasən bu şəbəkənin başında DGK-nin sədr müavini Səfər Mehdiyev dayanır. Əsasən Nehrəmlilərdən ibarət olan qrupun ölkənin bütün gömrük qapılarında xüsusi imtiyazları olan adamları pul toplamaqla məşğul olurlar. «Taksi free»lərdən tutmuş, ən kiçik mal gətirən vətəndaşlara, iş adamlarına qədər hər kəs Səfər Mehdiyevin adamlarını «görməlidir». Məlumatlara əsasən bu şəbəkə ilə bağlı olaraq artıq ən yüksək səviyyədə müzakirələr yekunlaşıb. 

Mənbə bildirir ki, artıq gömrük sistemindəki bütün istiqamətlər üzrə bir sıra islahatların da aparılmasına başlanılıb. Və yaxın günlərdə Aydın Əliyevin belə aciz qaldığı şəbəkə gömrük orqanlarından kənarlaşdırılacaq.///conflict.az