Neftçala sakinlərindən həyəcan: "Uşaqlarımız təhlükədədir"- FOTO

Neftçala sakinlərindən həyəcan:

26-09-2015 22:50 / Bu xəbər 979 dəfə oxundu

"Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəb özünün acınacaqlı vəziyyətdədir. Məktəbin qəzalı və təhlükəli durumda olması kənddə ciddi problem yaradıb. Müəllim və şagirdlər qorxu altında dərslərə girirlər", - bunu Arqument.Az-a Xıllı kənd sakinləri bildiriblər. 

Onların sözlərinə görə, rayon rəhbərliyi və aidiyyəti qurumlar neçə illərdir ki, təhlükəni görməzdən gəlirlər.

Sakinlər deyirlər ki, Neftçala rayon İcra Hakimiyyətinə, Təhsil Şöbəsinə, şəxsən icra başçısı İsmayıl Vəliyevə dəfələrlə müraciət etsələr də, problem həllini tapmayıb.

"Hər il olduğu kimi, bu il də məktəb bu dərs ilinə də qəzalı vəziyyətdə başladı. Ümid edirik ki, Azərbaycanın ən qocaman təhsil ocaqlarından olan bu məktəbin də üzünə günəş doğacaq, övladlarımızı gözləyən bu təhlükəli durum aradan qaldırılacaq", - sakinlər Arqument.Az-a bildiriblər. 
 
Yazıdaki iddialarla bağlı aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq.

Sakinlər tərəfindən göndərilən qəzalı məktəbin fotosunu təqdim edirik: