Fəhlə minaya düşərək xəsarət alıb

02-10-2022 15:26 / Bu xəbər 789 dəfə oxundu
Bu gün, oktyabrın 2-də Xocavəndin işğaldan azad edilmiş Tağaverd kənd ərazisində fəhlə kimi çalışan Rasif Kərimzadə minaya düşüb.
Bu barədə rayon prokurorluğu məlumat yayıb.
İlkin araşdrıma ilə müəyən edilib ki, fəhlə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıb.