Fransa Azərbaycandakı səfirini geri çağırdı

Fransa Azərbaycandakı səfirini geri çağırdı

17-04-2024 01:16 / Bu xəbər 680 dəfə oxundu

Fransa Azərbaycandakı səfirini geri çağırıb.

Bununla bağlı Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

Fransa mətbuatının yazdığına görə, səfirini məsləhətləşmələr üçün geri çağırılıb: "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”.

Səfir Ann Buayonun artıq Fransada olduğu və Prezident Emmanuel Makronun diplomatı qəbul etdiyi bildirilir.

II Qarabağ müharibəsindən sonra Fransa ilə Azərbaycan arasında münasibətlər kəskinləşib. 

Rəsmi Bakı Fransanı Ermənistanın mövqeyini müdafiə etməkdə ittiham edir.