Futbol üzrə Avropa çempionatına start verilib

Futbol üzrə Avropa çempionatına start verilib

16-06-2024 00:02 / Bu xəbər 692 dəfə oxundu

Almanlar ilk matçda Şotlandiya millisini böyük hesabla məğlub edib

İyunun 14-də Almaniyada futbol üzrə Avropa çempionatına start verilib.

A qrupunun ilk matçında meydan sahibi olan Almaniya millisi Şotlandiya yığması ilə qarşılaşıb.

Münhendəki "Allianz Arena”da keçirilən oyun saat 23:00-da start götürüb. 

Qarşılaşma almanların böyükhesablı qələbəsi ilə yekunlaşıb. 

Yulian Naqelsmannın baş məşqçisi olduğu komanda şotlandları 5:1 hesabı ilə məğlub edib.

Bu qrupun digər qarşılaşması iyunun 15-də, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında keçiriləcək.

24 milli komandanın mübarizə apardığı Avropa çempionatı iyulun 14-də başa çatacaq.