“Qarabağ” Azərbaycan kubokunun qalibi olub

“Qarabağ” Azərbaycan kubokunun qalibi olub

02-06-2024 22:55 / Bu xəbər 1032 dəfə oxundu

Ağdam komandası finalda "Zirə”ni məğlub edib

İyunun 2-də futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Həlledici oyunda "Qarabağ” və "Zirə” komandaları üz-üzə gəlib. Final görüşü saat 20:00-da start götürüb.

Qarşılaşma "Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son mövsümdə Premyer Liqada çempion olan Ağdam təmsilçisi kuboku da muzeyinə aparıb.

Bu, "Qarabağ”ın indiyə qədər qazandığı 8-ci ölkə kuboku olub.