“The Times”: Satılmayan biletlərin pulunu Azərbaycan hökuməti ödəyib

“The Times”: Satılmayan biletlərin pulunu Azərbaycan hökuməti ödəyib

06-06-2019 10:42 / Bu xəbər 1885 dəfə oxundu

Bakıda keçirilən UEFA finalının satılmayan biletlərin pulunu hökumət ödəyib.

Məlumatı İngiltərənin günlük 400 min tirajlı "The Times” qəzeti yayıb. 

Xəbərdə deyilir ki, 536 milyon avroya başa gələn Bakı Olimpiya Stadionunda Avropa Liqasının final oyunu üçün bilet çox az satılıb. 

Azərbaycan hakimiyyəti yerli əhaliyə bayraq verib və onları bilet almadan stadiona doldurub: "Bütün dünya üzərindən izlənən oyunda hökumət boş oturacaqlardan utandığı üçün UEFA-dan icazə almadan qərar verib”.

"Çelsi və Arsenal klubları üçün ayrılan 6000 min biletin təxminən yarısı geri qaytarılmışdı. 

Səyahət etməli olduqları məsafəyə birbaşa və uyğun biletlər olmadığı üçün azərkeşlər çətinlik yaşayıb,”-deyə qəzet bildirib. 

Xəbər həmçinin Niderland mərkəzli "RTL News” kanalı və "Het Laatste Nieuws” qəzetində yer alıb.

Mayın 29-da Bakıda keçirilən Avropa Çempionatının final oyunu üçün toplanan bilet gəlirlərini, hökumət əvvəlcədən razılaşdırılmış şəkildə UEFA-ya verəcəkdi.///toplum.tv