Ramin Musayev Peşəkar Futbol Liqasından istefa verdi

Ramin Musayev Peşəkar Futbol Liqasından istefa verdi

29-07-2022 12:12 / Bu xəbər 2639 dəfə oxundu

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev istefa verib. Bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.
.
Bildirilir ki, o, səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb.

14 ildir PFL prezidenti olan Ramin Namaz oğlu Musayev 2004-cü ildən futbol fəaliyyəti ilə məşğul olur. 

2004-cü ilin aprelində "Neftçi” PFK-nin icraçı direktoru, həmin ilin noyabr ayından isə vitse-prezidenti təyin olunub.

2 iyul 2008-ci ildə AFFA-da keçirilən səsvermənin nəticəsinə əsasən, yeni yaradılan Peşəkar Futbol Liqasının ilk prezidenti seçilib və o vaxtdan bu postdadır.

Ramin Musayev bir müddət öncə UEFA Çempionlar Liqasında Polşanın "Lex” komandasını mübarizədən kənarlaşdıran (0:1, 5:1) "Qarabağ”la da bağlı danışarkən uduzmuş komandanın adını ələ salıb. Bu açıqlaması sosial şəbəkələrdə tənqid olunub.