Hikmət Hacıyev İran səfiri ilə görüşüb
12-04-2023 18:06 / Bu xəbər 700 dəfə oxundu
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Xəbəri "Turan" yayıb.
İran səfiri Hikmət Hacıyevlə görüşünün səmimi və konstruktiv məcrada keçdiyini vurğulayıb.
"Ümid edirəm ki, başlamış bu prosesin nəticəsi hər iki ölkənin və bu regionun maraqlarına uyğun olacaq", - deyə səfir qeyd edib.












