İDİ-dən seçkilərlə bağlı İLKİN RƏY

İDİ-dən seçkilərlə bağlı İLKİN RƏY

02-11-2015 18:37 / Bu xəbər 1885 dəfə oxundu

Demokratik Təşəbbüslər İnstitutun seçkilərin nəticələri üzrə ilkin rəyini açıqlayıb.

 1.QISA İCMAL

Keçirilən seçki bir siyasi qüvvənin üstünlük təşkil etdiyi və hakim partiya ilə әsas müxalifәt partiyaları arasında dialoqun yoxluğu ilə sәciyyәlәnәn siyasi mühitdә cәrәyan edib. 

Prezident seçkilərindən sonra Azərbaycanda siyasi hüquqlar və fəaliyyət azadlıqları ciddi şəkildə məhdudlaşdırılmış, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənmişdir. Bu dövrdən etibarən, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif təşkilatlar təzyiq siyasətinin hədəfinə çevrilmişdir. 

Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində yarımqapalı "Məhsul” stadionunda müxalif partiyaların bəzən mitinqlər keçirməsinə imkan verilib. MSK seckiqabağı təşviqat dövründə namizədlərin seçicilərlə gürüşməsi və toplantılar keçirməsi üçün hər bir seçki dairəsi üzrə 1 açıq və 1 qapalı olmaqla cəmi 250 yerin siyahısını müəyyənləşdirib. Lakin 2010 parlament seçkilərində 2676 yer açıq və 2254 yer qapalı olmaqla cəmi 4930 yer ayrılmışdır. Beləliklə, 2010-cu ildəki vəziyyətlə müqayisədə təxminən 10 dəfə imkanlar məhdudlaşdırılmışdır.

Seçki Mə­cəl­lə­sinə edi­lən də­yi­şik­lik­lər isə bir çox hal­da möv­cud olan nor­ma­la­rı da­ha da an­ti­demok­ra­tik və­ziy­yə­tə gə­ti­rən, ya­xud im­kan­la­rı, azad­lıq­la­rı da­ral­da­caq şək­lə sa­lan nor­ma­lar ol­muş, ya­xud şəx­slə­rə nə­zə­rən qa­nun­veri­ci­li­yə gə­ti­ril­miş­dir. 

Siyasi partiyalar institutsional olaraq funksionallıqdan çıxarılıb və onların sərbəst fəaliyyət göstərilməsinə hüquqi və faktiki mühit yoxdur. 

Seçici siyahıları ilə baglı Dövlət Statistika Komitəsi ilə Mərkəzi Seçki Komissiyasının məlumatları arasında olan 1 milyondan çox seçici sayı uyğunsuzluğu hələ də qalmaqdadır. Seçici siyahıların əksəriyyəti idarə, müəssisə və məktəblərin qapalı salonlarında yerləşdirildiyindən, onlara seçicilərin sərbəst tanış olmaq imkanları məhdud olub. 

Seçkiqabağı mühiti nəzərdən keçirərkən müstəqil medianın üzləşdiyi vəziyyət xüsusilə narahatlıq doğurur. Ölkədə olan TV-lər tamamilə hakim siyasi qüvvənin nəzarəti altındadır.

IDI medianın seçkilərdə fəaliyyətini qiymətləndirmək üçünuzunmüddətli monitorinq apararaq birinci dövr üçün nəticələri 07 oktyabr, ikinci dövrü isə 30 oktyabr 2015-ci il tarixdə açıqlamışdır.[1]Bu hesabatlarda medianın məsələlərə təktərəfli yanaşdığı, xüsusilə elektron medianın xəbər və proqramları mütləq əksəriyyətlə hakimiyyət və onu dəstəkləyən tərəfin lehinə təşviqat təşkil etdiyi müəyyən edilmişdir. 

Beynəlxalq miqyasda seçkilərə dair əsas mandatı olan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri 400 nəfərlə müşahidə etmək istəsə də, Azərbaycan Hökumətinin irəli sürdüyü şərtlər sonradan onların müşahidə etməsindən imtinaya səbəb olmuşdur. ATƏT Parlament Assambleyası da DTİHB-nun mövqeyini dəstəkləyərək müşahidə missiyası göndərməkdən imtina etmişdir.

Həmçinin Avropa Parlamenti Azərbaycandakı siyasi vəziyyəti və insan haqları problemlərinə diqqət çəkməklə daha öncə qərar çıxararaq Avropa Birliyinin rəsmi strukturlarını müşahidə missiyası göndərməkdən çəkinməyə çağırmışdır. 

Məhkəmələrdə bu dövr ərzində verilmiş 76 seçki şikayətinin (49 iddia ərizəsi, 27 kassasiya şikayəti olmaqla) 2-si (hər ikisi iddia ərizəsidir) məhkəmələr tərəfindən qismən təmin edilib, 3 seçki şikayəti (2 iddia ərizəsi və 1 kassasiya şikayəti) mümkün sayılmayıb, 71 seçki şikayəti (45 iddia ərizəsi və 26 kassasiya şikayəti) mahiyyət üzrə baxılaraq təmin edilməyib. 

01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasında Parlamentə kecirilən secki azad, ədalətli, şəffaf və demokratik olmayıb. Seckilərin butun mərhələlərində, əsasən də namizədlərin irəli sürülməsi və qeydiyyatı, seckiqabağı təşviqat və secki gunu səsvermənin nəticələri uzrə umumiləşdirmə gostərir ki, bu secki rəaqbətsiz və alternativsizlik şəraitində baş verib, Azərbaycan xalqının həqiqi iradəsini ifadə edən seckilər olmayıb. 

Seçkilərdə qeydə alınmış qanun pozuntuları və seçkiqabağı siyasi mühit, azad və ədalətli seçkilərin keçirilməsinə imkan verməmiş, bununla da Parlament seçkiləri Azərbaycan Respublikasının yerli qanunvericliyinə və beynəlxalq standartlara uyğun keçirilməmişdir. 

Azərbaycan Respublikasının dovlət orqanları, xususən də siyasi hakimiyyət bu seckinin azad, ədalətli və demokratik kecirilməsi ucun siyasi iradə numayiş etdirə bilməmişdir.

 II. GİRİŞ

 Demokratik Təşəbbüslər İnstitutu (IDI) 05.11.2013-cü ildə bir qrup tanınmiş hüquqşünas və ictimai xadim tərəfindən yaradılıb. Rəsmi qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, qanunsuz olaraq təşkilatın qeydiyyata alınmasından imtina edilmişdir. Ona görə də bununla əlaqədar məhkəməyə müraciət olunmuşdur. Bütün daxili məhkəmə instansiyalarına baş vurulsa da, məhkəmələr Ədliyyə Nazirliyinin imtinasını qüvvədə saxlamışdır.

06 aprel 2015-ci il tarixdə IDIhüquqarının təmin olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (IHAM) müraciət etmişdir. Təşkilatın fəaliyyətinin əsas məqsədi demokratik təsisatların, vətəndaş cəmiyyəti və seçki institutlarının səviyyəsinin yüksəldilməsinə; insan hüquqları və ifadə azadlığının təmininə; yerli özünüidaretmənin təkmilləşməsinə; bütün sahələrdə şəffaflığın artırılmasına; Azərbaycan cəmiyyətinin demokratik dünyaya inteqrasiyasına yardım etməkdən ibarətdir. 

IDI 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərini müşahidə edib.[2]Bundan əlavə, ölkədə seçicilərin sayına dair real vəziyyəti öyrənmək məqsədilə IDI 2014-cü ildə "Seçici Qeydiyyatının Auditi” adlı araşdırma aparmışdır.[3] 

İDİ 2015-ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənizimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab verməsi istiqamətində araşdırma aparmışdır.[4]

18 avqust 2015-ci il tarixdə ölkənin aparıcı siyasi partiya və VC liderlərinin iştirakı ilə "Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər” adında geniş ictimi müzakirə (forum) təşkil etmişdir.[5] 

31 avqust 2015-ci ildə IDI seçkilər öncəsi vəziyyətin qiymətləndirilməsinə dair hesabat hazırlayaraq ictimaiyyətə yayımlamışdır.[6] 

IDI 07 oktyabr 2015-ci il tarixdə seçkilərə dair apardığı MEDİA MONİTORİNQin birinci dövr üçün nəticələrini açıqlamışdır.[7] 

16 oktyabr 2015-ci ildə IDI seçkilərin birinci mərhələsi hesab olunan namizədlərin irəli sürülməsi və qeydə alınmasına dair I ARALIQ HESABAT yaymışdır.[8] 

29 oktyabr 2015-ci ildə seçki komissiyalarında və məhkəmələrdə seçki şikayətlərinin araşdırılmasına dair IDI tərəfindən keçirilmiş monitorinqin ilkin nəticələri açıqlanmışdır.[9] 

IDI 30 oktyabr 2015-ci il tarixdə seçkilərə dair apardığı MEDİA MONİTORİNQin ikinci dövr –təşviqat müddəti üçün nəticələrini açıqlamışdır.[10]

30 oktyabr 2015-ci ildə IDI seçkilərin ikinci mərhələsi hesab olunan seçkiqabağı təşviqata dair II ARALIQ HESABAT yaymışdır.[11] 

IDI Azərbaycan Respublikasının müxtəlif bölgəsində - Bakı, Sumqayıt, Gəncə, Qazax, Şəki, Masallı, Kürdəmir, Sabirabad, Tərtər və Xacmaz şəhər və rayonlarında, həmçinin Naxçıvan MR ərazisində yerli vətəndaş qrupları, habelə mustəqil KİV və yerli QHT-lər ilə əməkdaşlıq edir.

 Seçkilərə start verildikdən sonra 1 sentyabr 2015-ci ildən edibarən Parlament seckiləri ilə bağlı IDI şərtlərin imkan verdiyi çərçivədə, daxili resurslar hesabına seckilərin gedişinin muşahidəsilə yanaşı, seçkidə iştirak edən tərəflərə hüquqi yardım göstərməyə çalışır.

 III. SEÇKİQABAĞI VƏZİYYƏT 

A.SİYASİ KONTEKST

Prezidentli respublika olan Azərbaycanda hakimiyyətin üç əsas qolu var: icraedici, qanunverici və məhkəmə hakimiyyətləri (məhkəmə hakimiyyətindən başqa digər hakimiyyət orqanları seckili orqanlardır). Azərbaycan Respublikası icraedici hakimiyyətin daha geniş səlahiyyət həyata keçirdiyi güclü prezident sisteminə malikdir. Digər çoxsaylı öhdəlikləri və səlahiyyətləri ilə yanaşı, Prezident Nazirlər Kabinetini təyin edir, mərkəzi səviyyədə icra hakimiyyətini təyin edir və regionlarda icra səlahiyyətini həyata keçirən İcraedici Hakimiyyətlərin başçılarını vəzifəyə təyin edir, vəzifədən azad edir və onların səlahiyyət dairəsini müəyyən edir. 

Keçirilən seçki bir siyasi qüvvənin üstünlük təşkil etdiyi və hakim partiya ilə әsas müxalifәt partiyaları arasında dialoqun yoxluğu ilə sәciyyәlәnәn siyasi mühitdә cәrәyan edib. Parlamentdə təmsil olunan 11 partiyadan biri olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbəri hazırkı dövlət başçısıdır və bu partiya 125 yerlik ölkə parlamentində 69 deputatla çoxluq təşkil edib. Parlamentdə təmsil olunan sayca ikinci böyük qrup 42 müstəqil deputatdan ibarətdir ki, onlar da, adətən, səsvermədə hakim partiyanın tərəfində çıxış edirlər. Qalan 12 yeri on siyasi partiya tutmuşdur. Mövcüd parlamentdə 5 yer seçkilərə qədər boş idi. Müxalif siyasi partiyalar olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2010-cu il seçkilərində parlamentdə təmsil olunmaq imkanını itirmişdirlər. 2009-cu ildə yaradılmış müxalif Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri və prezidentliyə namizədi İlqar Məmmədov 2013-cü ilin fevral ayından barəsində İHAM-ın dərhal azad olunmasıyla bağlı qərar olmasına baxmayaraq, hələ də həbsdə saxlanılır. O, İsmayıllıda baş verən vətəndaş etiraz aksiyalarından bir gün sonra ora gedib, vətəndaşlarla görüşdüyünə görə "hadisələrin təşkilatçısı” kimi qondarma ittihamla 7 il həbs cəzasına məhkum edilib. 

Parlament seçkiləri Ermənistanla Azərbaycan arasında davam etməkdə olan Qarabağ münaqişəsi və Azərbaycan ərazisinin 20%-ə yaxın hissəsinin işğal olunduğu bir şəraitdə həyata keçirilib. Bu vəziyyət həmin ərazilər üzrə seçkilərin keçirilməsini, xüsusilə də, çox saylı məcburi köçkünlər üçün səsvermənin təşkilini çətinləşdirib. Həmçinin işğal faktı Dağlıq Qarabağın erməni əhalisinin seçkilərdə iştirakına şərait yaratmağa imkan verməyib.

 B. İCTİMAİ-SİYASİ ŞƏRAİT

1 noyabr 2015-ci ildə Milli Məclisə keciriləcəkseçkilər insan hüquq və azadlıqları sahəsində 9 oktyabr 2013 prezident seckilərdən sonra yaranmış siyasi gərginlik dövrünə təsadüf edib. Prezident seçkilərindən sonra Azərbaycanda siyasi hüquqlar və fəaliyyət azadlıqları ciddi şəkildə məhdudlaşdırılmış, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənmişdir. Bu dövrdən etibarən, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif təşkilatlar təzyiq siyasətinin hədəfinə çevrilmişdir. İctimai sektorda, media sektorunda fəaliyyət göstərən çoxsaylı beynəlxalq QHT-lərin hesablarına həbs qoyulmuş, ofisləri bağlanmış, avadanlıqları zəbt olunmuş və fəaliyyətləri dayandırılmışdır. Donorların ölkə QHT-lərinə qrant verilməsi yolları hüquqi baxımdan əngəllənmişdir. Nəticədə tanınmış hüquq müdafiəçiləri, ekspertlər, hüquqşünaslar, vəkillər və ictimai şəxslərin daxil olduğu İşçi Qrupunun 12 avqust 2014-cü il tarixdə hazırladığı 98 nəfərlik siyasi və vicdan məhbusunun siyahısı meydana gəldi.[12]Sənəd siyasi işlərə çıxan vəkil, hüquqşünaslar və hüquq müdafiəçiliyi ilə məşğul olan QHT təmsilçisi olan 28 nəfər tərəfindən imzalanıb. Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib. Xeyli sayda yerli və beynəlxalq təşkilatlar bu siyahını Azərbaycanda siyasi məhbusların vahid siyahısı kimi qəbul edib. Bu il İşçi Qrupu bəyan edib ki, indiyədək verilən əfv sərəncamları ilə və cəza müddətlərinin başa çatması nəticəsində elan olunmuş 98 nəfərlik siyahıdan 79 nəfər siyasi məhbusun adı qalıb.[13]

Sentyabırın 2-də Müsavat Partiyasının Məclis üzvü Saday Hacılı "küçədə gedərkən nalayiq ifadələr söyləmək” qondarma ittihamı ilə 20 sutka həbs edilib. Müsavat Partiyası həbslə bağlı bəynatında Saday Hacılının sosial şəbəkədə hakimiyyətə qarşı yazdığı sərt tənqidi yazıları ilə bağlı olduğunu bildirib. Sentyabrın 30-da AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvüMəmməd İbrahim Nərimanov rayonu ərazisində polis tərəfindən saxlanılaraq barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.O,Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə başlanmış cinayət işi üzrə şübhəli bilinir. Partiyadan bildirilir ki, onun həbsi birbaşa siyasi fəaliyyətilə əlaqəlidir.

C.SƏRBƏST TOPLAŞMA

1.HÜQUQİ ÇƏRÇİVƏ 

Qanunvericiliyin vəziyyətini qiymətləndirərkən qeyd etmək lazımdır ki, sərbəst toplaşmaq azadlığını tənzimləyən Konstitusiya norması qənaətbəxş olsa da, 24 dekabr 2002-ci il tarixdə Milli Məclis tərəfindən Konstitusiyanın tələbinə zidd şəkildə Konstitusiyanın əsas mətni ilə eyni hüquqi qüvvəyə malik olan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu insan hüquqları ilə bağlı bir çox məqamı, o cümlədən bu hüquqların ehtiyac olandan daha artıq məhdudlaşdırılmasına şərait yaratmışdır. 13 noyabr 1998-ci ildə qəbul edilən "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun isə ümumiyyətlə nə Konstitusiyaya, nə 2002-ci ildə qəbul edilən Konstitusiya Qanununa, nə də 2001-ci ildə Milli Məclisdə ratifikasiya edilərək ölkəmizin qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 11-ci maddəsinin tələblərinə cavab vermir. 

 Sərbəst toplaşma hüququna görə müəyyən olunan inzibati cəza

Sərbəst toplaşma hüququndan istifadə imkanları məhdudlaşdırılmaqla bərabər, bu hüququndan istifadə etmək istəyənlərin qarşısına ağır cəzalar gətirilmişdir. 02 noyabr 2012-ci ildə İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi qüvvədən düşürülərək yerinə yeni tənzimləmə olan maddə əlavə edildi. Burda diqqəti çəkən ən önəmli məqam budur ki, 2012-ci ildə cərimənin maksimum həddi 13 manat olduğu halda, hazırda bu miqdar 30 min manata qədər yüksəldilmişdir. Beləliklə, bütün dönəmlərin rekordu təzələnmiş bir maddənin sanksiyası 2307 dəfə artırılmışdır. Ayrıca, iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs cəzası da maddənin sanksiyalarına əlavə edilmişdir.

 2.SƏRBƏST TOPLAŞMA MÜHİTİ

Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində yarımqapalı "Məhsul” stadionunda müxalif partiyaların bəzən mitinqlər keçirməsinə imkan verilib. Orada mitinq keçiriləndə isə həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələrinin hərəkəti əvvəlcədən məhdudlaşdırıb, mitinqə qatılmaq istəyənlərin qarşısında süni maneələr yaradılıb, mitinqə gələnləri polis nümayişkaranə şəkildə videolentə alıb və sonra həmin görüntülər əsasında vətəndaşlara müxtəlif təzyiqlərlə üzləşib.

Müxalif siyasi partiyaların və müstəqil QHT-lərin bildirdiyinə görə hələ də bir çoxunun Bakıda ofis yerləri yoxdur və fəaliyyətləri regionlarda davamlı məhdudlaşdırılır. Həmçinin qapalı məkanlarda konfrans, dəyirmi masa və s. formatlarda ictimai toplantılar keçirmək demək olar ki, mümkünsüz hala gəlib və onlar ciddi maneçiliklərlə üzləşdikləri vurğulanır.

Sadəcə hökumət yönümlü şəxslərin idarə etdiyi QHT-lərə məhdud imkanlar təmin edilib və onlar Hökumətin müftəlif fondlarından maliyyələşdirilib.

Beləliklə, keçirilən seçkilər beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların çağırışlarına baxmayaraq, hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyәlənәn siyasi mühitdə cәrәyan edib.

  D.VƏTƏNDAŞ CƏMİYYƏTİ

1.HÜQUQİ ÇƏRÇİVƏ 

17 dekabr 2013-cü ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa 22, 17 oktyabr 2014-cü il tarixdə isə 4 olmaqla ümumilikdə cəmi 26 fərqli məhdudlaşdırıcı norma əlavə edildi və ya dəyişikliyə məruz qaldı. Qanunun qəbul edildiyi 2000-ci ildən bəri bir təşəbbüsdə ən çox dəyişiklik bu zaman kəsiyində oldu. Təəssüf ki, məhdudlaşdırıcı əlavə və dəyişikliklər bu Qanuna olanlarla yekunlaşmayıb. Keçən qısa dövr ərzində "Qranthaqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunlara və İnzibati Xətalar Məcəlləsinə də müvafiq məhdudlaşdırıcı əlavə və dəyişikliklər edilib. Dəyişiklik və əlavələrin böyük əksəriyyəti qanunla müəyyən edilmiş birləşmək azadlığını tamamilə icazə sisteminə bağlayan dəyişikliklərdir. Qanuna edilən dəyişikliyə əsasən qrantların və donorların qeydiyyatı zəruriliyi yaradılmış, bu müddəanın qanunvericiliyə gətirilməsindən 18 ay sonra Qrant qeydiyyatı Qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 23 ay vaxt keşməsinə baxmayaraq Donorların qeydiyyatı qaydaları təsdiq edilməmişdir. Beləliklə, çoxsaylı QHT müxtəlif donorlardanqrantlar alaraq seçki prosesinin şəffaflığına nəzarət mexanixması qurmaq imkanlarından süni olaraq kənarda saxlanmışdır.

 2.İCTİMAİ MÜHİT

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 05.11.2013-cü ildə təsis edildikdən dərhal sonra dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq qanunsuz olaraq təşkilatın qeydiyyata alınmasından imtina edilmişdir. IDI bununla əlaqədar daxili məhkəmə instansiyalarına müraciət etsə də, məhkəmələr Ədliyyə Nazirliyinin imtinasını qüvvədə saxlamışdır. 06 aprel 2015-ci il tarixdə IDI hüquqarının təmin olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir.

Qeyri-rəsmi araşdırmalara gorə hazırda ölkədə 3500-dən artıq QHT movcuddur. Onların 2500-ə yaxın QHT qeydiyyatdan keçib, 1000- dən yuxarı QHT isə dovlət qeydiyyatına alınmayıb. 150 - yə qədər daxili məhkəməyə müraciət edib. AHİM –nə isə hüquqlarını müdafiə etmək üçün 70 yaxın QHT baş vurub.

Seçkiqabağı vəziyyətdə ictimai mühit ondan ibarətdir ki, hüquqi çərçivənin xeyli dərəcədə məhdudlaşdırılması ilə yanaşı, ölkədə müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti iflic edilib və onların gələcək fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb. Ölkənin tanınmış vətəndaş cəmiyyəti institutlarının bəzilərinin rəhbərləri həbs edilib, çoxunun bank hesabları dondurulub, müstəqil QHT-lərin xarici donorlarla işləməsinin qarşısı kəsilib.

Eyni zamanda, xarici donorların (Qərb mənşəli) Azərbaycanda fəaliyyəti də demək olar ki, qadağan edilib, onların bəzilərinin nümayəndəliklərinə qarşı da əsassız cinayət işləri qaldırılıb. Nəticədə ölkədə demokratikləşməyə və vətəndaş cəmiyyətinin inkişafına çox mühüm dəstək verən ABŞ Beynəlxalq Əlaqələr Üzrə Milli Demokratiya İnstitutu, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (Soros Fondu), İREX Təşkilatı, "World Vision” təşkilatı, Fridrix Nauman Fondu və bu kimi başqa təşkilatlar ölkəni tərk ediblər. 

IV. SEÇKİ SİSTEMİ VƏ HÜQUQİ ÇƏRÇİVƏ

A. SEÇKİ SİSTEMİ 

Tək palatalı parlament olan Milli Məclis beşillik müddət ərzində fəaliyyət göstərən 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi üzrə birmandatlı seçki dairələrindən birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə secilirlər. Seçkilәrdә әn çox sәs toplamış namizәd seçilmiş hesab edilir. Әgər seçki dairəsində heç bir namizәd qeydiyyata alınmayıbsa vә ya yalnız bir namizәd qeydiyyata alınıbsa, o zaman hәmin dairәdә seçkilәr təxirә salınır vә proses təkrarlanır. Seçkilərin baş tutmuş hesab edilməsi üçün yetərsay tələb olunmur.

Əvvəlki parlament seçkiləri 7 noyabr 2010-cu il tarixdə keçirilmişdir. Beşinci cağırış Parlament seckiləri 29 avqust 2015-ci il tarixdə imzalanmış Prezident sərəncamı ilə ölkə Konstitusiyasının 84-cu maddəsinə uyğun olaraq noyabr ayının ilk bazar günü - 1 noyabr 2015-ci ilə təyin edildi.

 B. HÜQUQİ ÇƏRÇİVƏ

2015-ci il parlament seçkilәrinin keçiriləcəyi әsas qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyası (1995, son dəfә 2009-cu ildә dəyişikliklәr edilmişdir) və Seçki Məcәlləsindən (2003, son dәfə 2015-ci ildә dəyişikliklәr edilmişdir) ibarәtdir. Seçkilәr üçün hüquqi çәrçivәyә "Sərbәst toplaşma azadlığı haqqında” Qanun, "Televiziya və radio yayımı haqqında” Qanun, "Kütləvi informasiya vasitələri haqqında” Qanun, Mülki Prosesual Məcəllə, Cinayәt Mәcəllәsi vә İnzibati Xətalar Mәcәllәsinin müvafiq müddəaları, habelə Mərkəzi Seçki Komissiyasının (MSK) normativ xarakterli aktları daxildir. 

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər

Bütün növdәn olan seçkilәrin keçirilmәsini tənzimləyən Seçki Mə­cəl­lə­si 27 may 2003-cü il ta­rix­də təs­diq edil­miş və qüv­və­yə min­miş­dir. Ara­dan keçən 12 il­də 17 də­fə Seçki Mə­cəl­lə­si­ni də­yiş­di­rən və ya əla­və­lər edən tə­şəb­büs­lər Mil­li Məc­lis tə­rə­fin­dən real­laş­mış­dır.Ən son dəyişiklik 03 aprel 2015-ci il ta­rixdə edilmişdir.

Ümu­miy­yət­lə, son 12 il­də Seçki Mə­cəl­lə­si­nin 200-dək müx­tə­lif mad­də­si­nə əla­və, də­yi­şik­lik və ya dü­zə­liş edil­miş, ya­xud bü­tün­lük­lə mad­də Mə­cəl­lə­dən çı­xa­rıl­mış­dır. La­kin bü­tün bu ad­dım­lar atıl­ma­mış­dan ön­cə, cə­miy­yət­də­ki al­terna­tiv si­ya­si fi­kir da­şı­yı­cı­la­rı­nın, seçki sa­hə­sin­də ix­ti­sas­laş­mış ic­ti­ma­i qu­rum­la­rın, beynəl­xalq seçki mis­si­ya­la­rı­nın fi­kir­lə­ri­nə əhə­miy­yət veril­mə­miş, edi­lən də­yi­şik­lik­lər üçün ic­ti­ma­i kon­sensus ax­ta­rıl­ma­mış­dır.

Mə­cəl­lə­yə edi­lən də­yi­şik­lik­lər isə bir çox hal­da möv­cud olan nor­ma­la­rı da­ha da an­ti­demok­ra­tik və­ziy­yə­tə gə­ti­rən, ya­xud im­kan­la­rı, azad­lıq­la­rı da­ral­da­caq şək­lə sa­lan nor­ma­lar ol­muş, ya­xud şəx­slə­rə nə­zə­rən qa­nun­veri­ci­li­yə gə­ti­ril­miş­dir. Seçki müd­də­ti­nin 60 gü­nə­dək qı­sal­dıl­ma­sı, bu­na uy­ğun ola­raq im­za top­la­ma müd­də­ti­nin 2 də­fə azal­dıl­ma­sı, si­ya­si təş­vi­qat müd­dət­lə­ri­nin 22 gü­nə sa­lın­ma­sı, təş­vi­qat üçün möv­cud olan plat­for­ma­la­rın sa­yı­nın azal­dıl­ma­sı, sər­bəst top­laş­ma yerlə­ri­nin hər ra­yon­da cə­mi bir yerə dü­şü­rül­mə­si, döv­lət küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­də təş­vi­qat im­kan­la­rı­nın mə­cəl­lə­dən çı­xa­rıl­ma­sı, kö­nül­lü pul depo­zi­ti­nin ləğv olun­ma­sı və di­gər möv­cud im­kan­la­rın məh­dud­laş­dı­rıl­ma­sı bun­lar­dan, sa­də­cə, bə­zi­lə­ri­dir.

Müsbәt irəliləyiş kimi 2008-ci ildә keçirilmiş prezident seçkilәrindәn sonra Mülki Prosessual Mәcәllәyә Seçki Məcəlləsində seçki ilə bağlı mübahisәlərlə əlaqәdar mәhkәmә yurisdiksiyasına dair müddәalardaki ziddiyәtlər aradan qalxdı vә bu müvafiq müddәanın tətbiqini asanlaşdırdı.

MSK-nın normativ xarakterli aktları

Mərkəzi Seçki Komissiyasının aktlarının monitorinqi zamanı məlum olmuşdur ki, həmin aktlarla seçkilərə dair əsas normativ hüquqi akt hesab olunan Seçki Məcəlləsinin tələbləri arasında ciddi uyğunsuzluqlar var. Bu uyğunsuzluqlar və Seçki Məcəlləsinin tələblərinin daha da məhdudlaşdırılması daha çox "Seçki komissiyası protokolunun doldurulması”, "Exit-poll”, "Seçki komissiyalarında şikayətlərin araşdırılması”, "Mətbuat qrupu”, "Veb-kamera”  "Səlahiyyətli nümayəndələrinin statusu” haqqında olan normativ xarakterli aktlarda rast gəlinir. Bu barədə daha ətraflı məlumatı İDİ-nin apardığı araşdırmadan əldə etmək olar.

V. SƏSVERMƏÖNCƏSİ MÜHİT

A. NAMİZƏDLƏRİN İRƏLİ SURULMƏSİ VƏ QEYDİYYATI

1.Hüquqi çərçivə

Secki Məcəlləsinin 53-cü maddəsinə əsasən namizəd oz təşəbbüsü və ya aktiv secki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər. Həmin Məcəllənin 54-cü maddəsinə görə namizədin irəli sürulməsini həmçinin siyasi partiya və ya siyasi partiyalar bloku həyata kecirə bilər (Secki Məcəlləsi maddə 54.1). Siyasi partiya həmin partiyanın üzvlәri olmayan şәxslәrin namizәdliyini də irәli sürә bilәr. Namizәdliklәr müvafiq DSK-lara yazılı bildiriş tәqdim etmәklә irәli sürülür. DSK tәqdim edilmiş sәnәdlәri beş günlük müddəәt әrzindә yoxlamalı vә namizәdliyin təsdiq edilib-edilməməsi barədə qərar verməlidir. Təsdiq edildikdə muvafiq secki dairəsi ərazisi uzrə deputatlığa namizəd kimi qeydə alınmaq ucun namizədliyi irəli surulmuş hər bir vətəndaşa muvafiq dairə ərazisindən ən azı 450 secici imzası toplanması üçün imza vərəqləri verilməlidir.

450-dən çox təhvil verilmiş namizədin imzaları və digər sənədləri 7 gün əzrində DSK tərəfindən yoxlanılaraq namizədliyin qeydə alınıb-alınmaması haqqında qərar verilməlidir.

2. İDDİAÇILAR 

Siyasi partiyalar institutsional olaraq funksionallıqdan çıxarılıb və onların sərbəst fəaliyyət göstərilməsinə hüquqi və faktiki mühit yoxdur. 2013-cü il Prezident seçkilərində əsas müxalif güc kimi özünü göstərən və rəsmi nəticələrinə görə ikinci olmuş, seçkidən sonra müəyyən ayrılmalar olsa da, Cəmil Həsənlinin rəhbərlik etdiyi aparıcı müxalif qurum olan Milli Şuranın və onun aparıcı qüvvəsi olan AXCP seçkillərin demokratik keçirilməsinə inamsızlığını ifadə edərək iştirakı baykot etmişdir. Seçkilərə start verildikdən sonra isə ADP də partiya formasında seçkilərdə iştirakdan imtina etdiyini bəyan etmişdir. 

Yaradılmış bütün çətinliklərə baxmayara ölkənin aparıçı müxalif siyasi qurumlarından sayılan Müsavat Partiyası və REAL Hərəkatı seçkilərdə iştirk etməyi qərara almışdır. 7 siyasi partiyanı özündə birləşdirən "Azadlıq-2015”, Ümid Partiyası, VHP və digər partiyalar da seçkilərdə fəallıq nümayiş etdiriblər. Həmçinin müxalif siyasi gənclər hərəkatlarından NİDA VH, D18 və AĞ Blok təmsilçiləri də seçki kampaniyasına qoşulmuşdur.

Əvvəlki parlament seckilərindən fərqli olaraq hazırkı seckilərin ilkin mərhələsi - namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi daha ciddi qanun pozuntuları ilə muşayiət olunub. Pozuntular əsasən hakim partiya və onun siyasətini dəstəkləyən və ya açıq loyal münasibət göstərənlər istisna olmaqla digər, xüsusilə də müxalf siyasi partiyalar və siyasi prtiyalar blokları və təşkilatlar adından namizədliyi irəli surulmuş şəxslərə qarşı baş verib. 

Muşahidələr gostərir ki, 1 noyabr 2015-ci il parlament seckilərinin ilkin mərhələsində bir çox seçki dairələrində DSK-lar siyasi alternativsizlik muhitinin yaradılmasına səy gostərərək, bununla da YAP-ın dəstəklədiyi namizədlərlə muqayisədə digər namizədlərə munasibətdə siyasi ayrı-seckilik numayiş etdiriblər. IDI-nin araşdırmaları gostərib ki, ölkə üzrə təxminən 46 secki dairəsində siyasi alternativsizlik muhiti mövcud olub.

 Seçkidə iştirak edən əsas müxalif qurumlar olan Musvata Partiyası və Real Hərəkatı, həmçinin aparıcı müxalif gənclər hərəkatı olan NİDA seçki prosesində ciddi manelər və qanunsuzluqlarla üzləşmələrinə etiraz edərək seçkilərdə iştirakdan çəkinmələri haqqında qərar vermişdir. 29 oktyabr 2015-ci il tarixdə MSK və müvafiq DSK-lara namizədliklərindən imtina barəsində rəsmi müraciət edən Müsavat Partiyası və onun namizədlərinin ərizələri bir çox halda komissiyalar tərəfindən qəbul edilməmiş, qəbul edilən ərizələrə dair qərar qəbul edilməməişdir.

3.Rəsmi məlumat 

Hazırkı parlament seckilərində namizədlərin irəli surulməsi və qeydiyyatı prosesi faktiki olaraq 1 sentyabr 2015-ci il tarixdə start verilib və 9 oktyabr 2015-ci ilədək davam edib. MSK-nın namizədliyin irəli sürülməsi və qeydə alınması barədə məlumatları seçki dairələri üzrə İnformasiya Mərkəzinin www.infocenter.gov.az saytında əvvəlki müsbət təcrübədən fərqli olaraq yerləşdirməkdən yayınmışdır. MSK sədri iclaslarda şifahi qaydada ümumi statistik qısa nəticələri ictimaiyyətə açıqlamışdır. Yalnız, MSK-üzvünün 2 dəfə rəsmi iclasda bu barədə məsələ qaldırmasından sonra qeydə alınmışlar barəsində məlumat yerləşdirilmiş, digər məlumatlar gizlədildiyindən prosesi izləmək mümkün olmamışdır. Ona görə də qeyd olunan rəqəmlərin reallığı əks etdirməsi barədə əminlik yarartmır. MSK-ya görə 1823- müraciət edən namizəddən 1457 –imzalarını toplayıb qaytarmışdır. Onlardan 1246 nəfər qeydə alınmışdır. 

MSK DSK-ların qeydiyyatla bağlı qərarlarından edilmiş şikayətlərin çoxuna 28 oktyabr tarixinә qәdər baxaraq, müvafiq qәrarlar qәbul etmişdir. Bu barədə ətraflı məlumatı seçki şikayətlərinin MSK və məhkəmələrdə araşdırılmasına dair IDI-nin apardığı monitorinqin nəticələrindən əldə etmək olar. [14] 

28 oktyabr tarixinә qədər 479 namizәd qeydiyyatdan sonrakı müddətdə çox qısa vaxt ərzində namizədliyini geri götürmüşdür. Qeyd edək ki, 2010 seçkilərində namizədliyini geri götürənlərin sayı cəmi 41 nəfər olmuşdur. Qeydə alınmış namizədlərin seçkilərdə iştiraka rəsmi davam edənləri sayı 767 nəfər olmuşdur. 

SEÇKİQABAĞI TƏŞVİQAT KAMPANİYASI 

Seçki Məcəlləsinin 75.2.-ci maddəsinə əsasən seçkiqabağı təşviqat səsvermə gününə23gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. 2008 və 2010-cu illərdə Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər nəticəsində təşviqat müddəti seçkilərə 60 gün qalmışdan 23 gün qalmışadək azaldılması, dövlət televiziya və radiosunda təşviqat imkanlarının qadağan edilməsi normal təşviqat imkanlarını xeyli məhdudlaşdırıb. 

Bu ilki seckilərin birinci mərhələsində siyasi partiya və bloklardan xeyli sayda namizədin qeydiyyata alınmaması nəticəsində hakim partiya olan YAP istisna olmaqla digərləri təşviqat dövründə pulsuz efir vaxtını əldə etmək hüququnu itiriblər. Bundan sonra YAP təktərəfli təşviqat aparmayacağını bəyan edərək əldə etdiyi hüquqdan imtina edib. Eyni hal 2010-cu il parlament seçkiləri dövründə baş versə də MSK qərarı ilə qeydiyyatdan keçmiş hər namizədə İctimai Televiziya və Radioda bir dəfə 4 dəqiqəlik pulsuz efir vaxtı verilmişdir. Bu il isə belə bir qərar olmayıb və beləliklə ödənişsiz təşviqat üçün şərait yaradılmayıb. Qeyd edək ki, Secki Məcəlləsinin 80.1-ci maddəsinə əsasən ölkə üzrə 125 secki dairəsinin 60-dan coxunda namizədi qeydə alınmış siyasi partiyalar və siyasi partiyalar blokları pulsuz efir vaxtı əldə edə bilirlər. 

İTV pullu efir vaxtının qiymətini reklam qiymətinin maksimum həddindən də çox yüksək müəyyən edib və nəticədə müəyyən edilən qiymətdən heç bir namizədin istifadəsi mümkün olmayıb. Özəl teleradio şirkətləri isə seçki prosesində namizədlərə pullu vaxt ayırmaqdan imtina edib, təşviqat prosesindən kənarda qalıblar. Rəsmi qəzetlər də namizərlərə ödənişsiz yer ayırmaqdan imtina ediblər. Beləliklə, 22 günlük təşviqat dövrü mediada tam susqunluqla izlənmişdir. 

Əvvəlki seckilərdən fərqli olaraq bu seckilərdə deputatlığa namizədlərin bir qısmı yeni medianın imkanlarından geniş istifadə ediblər. "Facebook”, "Youtube”, "Twitter” kimi sosial şəbəkələrdə namizədlərin təbliğatları aparılıb. Bu təşviqat usullarına muraciət edilməsinin digər bir səbəbi isə butun namizədlər üçün ödənişli təşviqat imkanlarının maddi baxımdan əlçatan olmaması, habelə televiziyaların təşviqat prosesində iştirak etməməsidir. Namizədlər öz təşviqatlarını həmçinin veb portallar və informasiya agentliklərində də aparıblar. 

MSK seckiqabağı təşviqat dövründə namizədlərin seçicilərlə gürüşməsi və toplantılar keçirməsi üçün hər bir seçki dairəsi üzrə 1 açıq və 1 qapalı olmaqla cəmi 250 yerin siyahısını müəyyənləşdirib. Lakin 2010 parlament seçkilərində 2676 yer açıq və 2254 yer qapalı olmaqla cəmi 4930 yer ayrılmışdır. Beləliklə, 2010-cu ildəki vəziyyətlə müqayisədə təxminən 10 dəfə imkanlar məhdudlaşdırılmışdır. 

Əvvəlki parlament seckilərindən fərqli olaraq, hazırkı seçkilər dövründə siyasi partiyaların yürüş-mitinqlər keçirməsi mumkun olmayıb. Ölkə üzrə yalnız 1 dəfə 25 oktyabr 2015-ci il tarixdə Bakı şəhərində yerləşən "Məhsul” stadionunda Musavat Partiyası 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədi İsa Qəmbərin seçicilər ilə görüşü üçün mitinq keçirib. 

IDI-nin muşahidələri gostərir ki, secki müddətinin azaldılması qanunun imkan verdiyi üsul və vasitələrdən yararlanmaqla seckiqabağı təşviqat aparmağa ciddi məhdudiyyət yaradıb. Həmçinin əsas müxalifət qurumlarından Milli Şuranın seçkilərdə iştirak etməməsi, Musvata Partiyası və Real Hərəkatının seçkilərdə iştiraka qərar versə də seçki prosesində ciddi maneələr və qanunsuzluqlarla üzləşdiyi üçün etiraz edərək seçkilərdə iştirakdan çəkinmələri və başqa iştirakçıların da fəaliyyətinə normal şərait yaradılmaması seçki kampaniyası dövrünün tamamilə sönük keçməsinə səbəb olmuşdur. Bununla da seckiqabağı təşviqat prosesinin qarşıduran siyasi tərəflərin acıq, ədalətli və bərabər rəqabət şəraitində keçirilməsi imkanları itirilmişdir. 

  1. SEÇKİ ADMİNİSTRASİYASI

Parlament seçkiləri Mərkəzi Seçki Komissiyası (MSK), 125Dairə Seçki Komissiyası (DSK) və seçkilər gününə yaxın formalaşan məntəqələr də daxil olmaqla təxminən 5415 Məntəqə Seçki Komissiyasından (MnSK)ibarət üç pilləli struktura malik qurum tərəfindən idarə olunur. Bütün komissiyalar beşillik müddətə seçilən, müvafiq olaraq 18, 9 və 6 nəfərdən ibarət daimi orqanlardır. Qanuna əsasən, bütün komissiya sədrləri parlament çoxluğunun namizədidirlər. Beləliklə, parlament çoxluğu "de-fakto” bütün seçki komissiyalarında səs çoxluğuna malikdir. 

MSK müvafiq son tarixləri gözləməklə bərabər, tələb olunan əlavə normativ sənədləri qəbul edib. MSK iclasları mәtbuat vә müşahidәçilәrə açıq olub. Qәrarlar dövlətin maliyyələşdirdiyi mәtbuat vә MSK-nın internet sәhifәsi vasitәsilә ictimaiyyәtә açıqlanıb. Bununla belə, MSK üzvləri çox vaxt iclasdan əvvəl müzakirə üçün zәruri olan ilkin qәrarlar vә bütün sәnәdlәrlә tәmin edilməyiblər. 

MSK tərəfindən seçki 5344431 ədəd seçki bülleteni çap olunub. 22 oktyabr tarixdәn etibarən isə seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Seçki bülletenlәrinin çap edilmәsinә və paylanmasına başlanması tәdbirinә KİV vә müşahidəçilәr dəvәt edilib. Bülletenlərin çapı zamanı namizədlәrin qeydiyyatı ilә bağlı apellyasiya və kassasiya şikayətlərinin təqdim edilməsi üçün müәyyәn edilmiş müddәt nəzərə alınmamışdır. 

MSK DSK və MnSK-lar üçün səsvermə prosedurları təlimlərini, polis, media qurumlar ilə birgə maarifləndirmə tədbirləri, online ve TV-lərdə maarifləndirici çarxlar, seçicilərin məlumatlandırma plakatlarının yayılmasını həyata keçirmişdir.

Həmçinin seçkilərlə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsinə hədəflənmiş ümumilikdə 32000-dən artıq məntəqə seçki komissiyası üzvünün iştirakı ilə treninqlər keçirildiyi bəyan edilib. 

Həmçinin MSK tərəfindən 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verilib və seçki günü işlək vəziyyətdə olub. 

D. SEÇİCİ QEYDİYYATI 

Məhkəmə qərarı ilə bu hüquqdan məhrum olan şəxslər istisna olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək hüququ vardır. Seçici qeydiyyatı passiv xarakter daşıyır və seçici siyahıları MSK-nın idarə etdiyi seçicilərin daimi qeydiyyat bazası əsasında tərtib olunur. Secki Məcəlləsinə əsasən seçicilərin daimi siyahısı MSK-nın muəyyənləşdirdiyi formada hər il mayın 30-dək hər bir secki məntəqəsi uzrə təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. 

2015-ci il may ayının 27-də təsdiq olunmuş məlumata görə isə ölkə üzrə vahid seçicilər siyahısına 5093289 seçici daxil edilib ki, onların da 48,3 faizi kişi, 51,7 faizi isə qadınlardır. Ancaq bu rəqəm Azərbaycan Respublikası Dovlət Statistika Komitəsinin acıqladığı rəqəmlə kəskin surətdə fərqlənir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata gorə, əhalinin (9 593 000) 6715400 – nün yaşı 18-dən yuxarıdır.[15]Yəni əhalinin 70 faizi (49,78 % kişi, 50,22 % qadın) seçicidir. Ancaq MSK-nın acıqladığı rəqəmdən məlum olur ki, seçicilər əhalinin 53 faizini təşkil edir. Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların acıqladığı rəqəmlərdə 17 faiz fərq ortaya cıxır. Qeyd edək ki, seçkilərdə iştirak edən tərəflərin, yerli QHT-lər və media təmsilcilərinin, ATƏT/DTİHB-nin SMM-nın narahatlıqlarına baxmayaraq, yuxarıda adı çəkilən orqanlar bu uyğunsuzluqlara aydınlıq gətirməyiblər. 

Seçici siyahılarının yenilənməsi oktyabrın 7-də ümumi sayı 125 seçki dairəsinin 5415 seçki məntəqəsi üzrə 5,096,468 nəfər olan siyahı ilə başa çatdırılmışdır. May ayında edilən yenilənmədən sonra siyahıya əlavə 3,179 seçici daxil edilmişdir. 

Məntəqə seçki komissiyası səsvermə gününə azı 35 gün qalmış seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirməlidir. IDI-nin apardığı müşahidələrə görə bəzi seçki dairələrinin ərazisində yerləşən seçki məntəqələrində seçici siyahıları vurulmayıb və ya elə yerdə yerləşdirilib ki, görmək mümkün deyil. Yerləşdirilən siyahıların əksəriyyəti idarə, müəssisə və məktəblərin qapalı salonlarında yerləşdirildiyindən, onlara seçicilərin sərbəst tanış olmaq imkanları məhdud olub. 

E.MEDİA

1.HÜQUQİ ÇƏRÇİVƏ 

Konstitusiya ifadə azadlığını, mətbuat azadlığını və informasiya əldə etmək hüququnu təsbit edir. Lakin böhtan üç ilə qədər azadlıqdan məhrum etmə məsuliyyəti daşıyan cinayət əməli olaraq qalmaqdadır. Həmçinin qeyri-mütanasib maliyyə sanksiyaları ilə müşayiət olunan mülki difamasiya ittihamları media orqanlarının "de- facto” bağışlanması ilə nəticələnir. 

Əksəriyyət veb səhifələrin bağlanmaması və birbaşa senzuranın olmaması səbəbindən İnterneti azad məkan kimi qəbul etsə də, lakin onlayn məkanda fəal olan şəxslərin həbsləri və onlara qarşı təqib halları artmaqdadır. 4 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinə edilən son dəyişikliklər məhz İnternet informasiya ehtiyyatlarının üzərinə diffamasiya müddəalarının tətbiqini qanuniləşdirmişdir. 

Bundan başqa, Parlament tərəfindən 12 iyun 2012-ci il tarixdə "İnformasiya əldə etmək haqqında”"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və "Kommersiya sirri haqqında” qanunlara dəyişikliklər qəbul olunmuşdur. Hüquqi çərçivədə tətbiq edilən qeyd olunan son dəyişikliklər informasiya əldə etmək haqqında Konstitusiyada təsbit olunmuş hüquqlara lüzumsuz məhdudiyyət qoymuşdur.

 2.MEDİA MÜHİTİ 

Seçkiqabağı mühiti nəzərdən keçirərkən müstəqil medianın üzləşdiyi vəziyyət xüsusilə narahatlıq doğurur. Ölkədə olan TV-lər tamamilə hakim siyasi qüvvənin nəzarəti altındadır. Mövcud TV-lərdən 4-ü, 3 kanalla efirdə olan AZTV və İTV birbaşa dövlətdən maliyyələşir, yerdə qalan 5 TV kanalı isə hakim elitaya bağlı hesab olunur və müxtəlif məqsədlər altında müxtəlif dövrlərdə büdcə yardımları alır. Bu TV-lərdə xəbərlər daim təktərəfli və təbliğat xarakterlidir, aktual ictimai-siyasi debatlılıq yoxdur, canlı yayımlarına ictimai müzakirələr aparılmır, müxalif və ya tənqidi fikir söyləyən müstəqil şəxslərin üzünə qapalıdır.

Bir-iki çap mediası istisna olmaqla KİV-lərin fəaliyyəti senzuralaşmışdır.

Seçki dövründə müstəqil media layihəsi olan "Meydan" TV-nin əməkdaşı Şirin Abbasov Sentyabrın 16-da yoxa çıxıb. Onun axtarışları nəticə verməyib. 2 gün sonra məlum olub ki, O DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsnin əməkdaşları tərəfindən həbs edilib sonradan "polisə müqavimət” bəhanəsi ilə 30 sutka inzibati həbs cəzası veilib. Bir gün sonra başqa əməkdaş 22 yaşlı Aytac Əhmədova eyni idarə tərəfindən saxlanılıb. O bir neçə saat saxlandıqdan sonra azad edilib. Daha sonra üç xanım jurnalist gecə saatlarında Bakı Hava Limanında həbs edilib və qeyd edilən idarəyə aparılıb, dindirilib, növbəti gün sərbəst buraxılıb. Ümumiyyətlə bu saytda yazan və ya məqaləsi çıxan hər kəs istintaqa çağrılaraq dindirilib.

IDI medianın seçkilərdə fəaliyyətini qiymətləndirmək üçünuzunmüddətli monitorinq apararaq birinci dövr üçün nəticələri 07 oktyabr, ikinci dövrü isə 30 oktyabr 2015-ci il tarixdə açıqlamışdır.[16]Bu hesabatlarda medianın məsələlərə təktərəfli yanaşdığı, xüsusilə elektron medianın xəbər və proqramları mütləq əksəriyyətlə hakimiyyət və onu dəstəkləyən tərəfin lehinə təşviqat təşkil etdiyi müəyyən edilmişdir.

F. MÜŞAHİDӘÇİLӘR

1.Yerli müşahidəçilər

Seçki Mәcәllәsi beynәlxalq vә yerli seçki müşahidәsinin aparılmasını nәzәrdә tutur. Yerli müşahidәçilәr fərd vә ya qeydiyyatdan keçmiş namizəd, partiya vә ya seçkilər sahәsindә fәal QHT nümayәndəsi kimi qeydiyyata alınırlar. 

MSK-nın rəsmi məlumatına görə onun tərəfindən ölkə üzrə 2619 yerli müşahidәçi və DSK tərәfindən 63000 müşahidəçi qeydiyyata alınıb. İDİ-nin müşahidəçilərinin müşahidələri zamanı müəyyən edilmişdir ki, bu şəxslərin əksəriyyəti müvafiq icra qurumlarının təmsişliləridir və seçki günü hakimiyyətin müəyyən etdiyi namizədin lehinə seçkilərin saxtalaşdırılmasında xüsusi aktivlik nümayiş etdirmişdirlər. 

Әn böyük yerli müşahidə təşkilatlarından biri kimi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) məruz qaldığı basqılar nəticəində bu ilki seçkilərin müşahidəsindən kənarda qalmışdır. Beləki, SMDT-nin sədri Anar Məmmədli son prezident seçkilərindən sonra ağır ittihamlarla həbs olunub. Lakin, yerli və beynəlxalq ictimaiyyət onu siyasi və vicdan məhbusu kimi tanımışdır.

Həmçinin vətəndaş cəmiyyətinin üzləşdiyi ciddi huquqi-siyasi problemlər səbəbilə seçkilərə dair təcrübəsi olan yerli QHT-lər də bu seçkiləri müşahidə etməkdən məhrum olmuşdur. 

MSK tərəfindən exit-poll keçirmək üçün 4 təşkilat qeydiyyata alınmışdır. Lakin ictimai rəydə həmin qurumların keçirdiyi sorğunun obyektivliyinə ciddi şübhələr vardır. 

2.Beynəlxalq müşahidəçilər 

MSK-nın rəsmi rəqəminə görə 28 nəfərlik AŞPA missiyası da daxil olmaqla, adı geniş ictimaiyyətə bəlli olmayan 40 təşkilatdan, 57 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi seçkiləri müşahidə edib. 

Beynəlxalq miqyasda seçkilərə dair əsas mandatı olan ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiləri 400 nəfərlə müşahidə etmək istəsə də, Azərbaycan Hökumətinin irəli sürdüyü şərtlər sonradan onların müşahidə etməsindən imtinaya səbəb olmuşdur. ATƏT Parlament Assambleyası da DTİHB-nun mövqeyini dəstəkləyərək müşahidə missiyası göndərməkdən imtina etmişdir. 

Həmçinin Avropa Parlamenti Azərbaycandakı siyasi vəziyyəti və insan haqları problemlərinə diqqət çəkməklə daha öncə qərar çıxararaq Avropa Birliyinin rəsmi strukturlarını müşahidə missiyası göndərməkdən çəkinməyə çağırmışdır. 

Nəticədə yalnız Avropa Şurasınının Parlament Assambleyasının (AŞPA) missiyası seçkiləri müşahidə edib. Lakin yerli və beynəlxalq ictimaiyyətdə AŞPA-nın missiyasının seçkiləri obyektiv və professional müşahidə etməsi barədə ciddi şübhələr mövcuddur. Belə ki, İDİ-nin müşahidəçilərinin olduğu heç bir məntəqədə bu misyadan olan müşahidəçiyə gün ərzində rast gəlməmişdir. 

G.ŞİKAYƏT VƏ MÜRACİƏTLƏR

Seçki Məcəlləsinin 112-ci maddəsinə görə şikayət vә müraciәtləri seçicilәr, namizәdlәr, siyasi partiyalar vә bloklar vә onların nümayәndәlәri, müşahidәçilәr vә seçki komissiyaları edә bilәrlәr. Seçki komissiyalarının seçki hüquqlarını pozan hərәkәt vә qәrarlarına daha yüksәk sәviyyәli seçki komissiyasında baxıla bilər. Seçki komissiyalarının şikayәtlәrә dair qәrarları habelә MSK qәrar vә hәrәkәtlәrindәn. Apelyasiya Mәhkәmәsinә şikayәt etmәk olar. Apelyasiyadan isə Ali Məhkəməyə şikayət etmək mümkündür. Şikayət və ya müraciəti təqdim etmәk üçün vaxt müddəti, pozuntunun baş verdiyi vә ya qәrarın çıxarıldığı gündәn sonra 3 gündür. Seçkilərə 30 gün qalmışadək 3, seçkilərə 30 gün qalmışdan etibarən və seçkilər günundən sonrakı 2-ci gündən etibarən 2, seçki günü və növbəti gün dərhal baxılır və qәrar çıxarılır.

 Seçki Mәcəlləsi seçki ilә bağlı mübahisələrә baxılması üçün müvafiq olaraq MSK-da 9 və DSK-da 3 nəfərdən ibarət ekspert qrupunun yaradılmasını nəzərdə tutur. 

1 noyabr 2015-ci il parlament seckilərinin ilkin mərhələsində, yəni namizədlərin irəli surulməsi və qeydiyyatı prosesində dairə secki komissiyalarının hərəkətlərindən və hərəkətsizliklərindən olunan şikayətlərin əksəriyyəti obyektiv surətdə araşdırılmayıb. Qeyd edək ki, MSK-nın rəsmi internet ünvanında verilən məlumata görə, parlament seckilərinin bu mərhələsində daxil olmuş şikayətlər üzrə MSK 97 qərar verib. Bu şikayətlərdən 20-i təmin edilib (18 namizədin qeydiyyatı, 1 inzibati orqanın törətdiyi pozuntu, 1 qanunsuz təşviqatla bağlı ) 9 şikayət(3 namizədin qeydiyyatı, 3 inzibati orqanın törətdiyi pozuntu, 3 qanunsuz təşviqatla bağlı) aidiyyatı qaydanın pozulması ilə daxil olduğu ucun DSK- lara göndərilib, 6 şikayətə (5 namizədin qeydiyyatı, 1 qanunsuz təşviqatla bağlı) xitam verilib, 62 şikayətin ( 60 namizədin qeydiyyatı, 2 inzibati orqanın törətdiyi pozuntu ilə bağlı) isə əsassız olması adı ilə təmin edilməyib. 

Məhkəmələrdə bu dövr ərzində verilmiş 76 seçki şikayətinin (49 iddia ərizəsi, 27 kassasiya şikayəti olmaqla) 2-si (hər ikisi iddia ərizəsidir) məhkəmələr tərəfindən qismən təmin edilib, 3 seçki şikayəti (2 iddia ərizəsi və 1 kassasiya şikayəti) mümkün sayılmayıb, 71 seçki şikayəti (45 iddia ərizəsi və 26 kassasiya şikayəti) mahiyyət üzrə baxılaraq təmin edilməyib. 

IDI seçkilərə rəsmi start verildikdən sonra MSK-da və məhkəmələrdə şikayət və müraciətlərin baxılmasının monitorinqini aparır və 1 sentyabr - 27 oktyabr 2015-ci il tarixli müddət ərzində baxılmış şikayətlər üzrə monitorinqin ilkin nəticələrini 29 oktyabr 2015-ci il tarixdə təqdim edib.[17] 

VI. SEÇKİ GÜNÜNÜN MÜŞAHİDƏSİ 

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 1 noyabr 2015-ci ildə keçirilən parlament seçkilərini ölkə üzrə 125 seçki dairəsinin 25 seçki dairəsi üzrə 250-dən çox seçki seçki məntəqəsində müşahidə edib. Müşahidə 2 istiqamətdə təşkil edilib: 

1. Seçki məntəqəsində seçki günü məntəqələrin açılması, səsvermə və səssayma və səslərin protokollaşması prosesləri müşahidə edilib.

2. Seçicilərin səsvermədə iştirak etmə fəallığı anbaan izlənib və saat 10, 12, 15, 17 və 19-da iştirak etmiş seçicilərin sayı mərkəzə çatdırılıb.

 IDI seçki günü seçici fəallığı ilə bağlı monitorinqin nəticələrinə dair 5 dəfə, pozuntularla bağlı 3 dəfə press - reliz hazırlayaraq yayıb.

 Müşahidəçilərin hazırlanması və fəaliyyəti 

IDI seçki günü tərəfsiz və müstəqil müşahidəçiliyin təşkili ilə bağlı ölkənin 30 seçki dairəsi (25 müşahidə etdiyi, 5 seçki dairəsi üzrə isə müraciət edən namizədlərin müşahidəçilərinin hüquqi maarifləndirilməsi məqsədilə) üzrə 40 təlim keçirib. Bu təlimlərdə 350 nəfərdən artıq ölkə vətəndaşları, seçkidə iştirak edən müşahidəçilər, İDİ-nin üzv və könüllüləri iştirak edib. Onlardan 74 nəfərinin MSK-da, 276 nəfərdən artığına isə DSK-larda qeydiyyatına hüquqi yardım göstərilib. Ümumilikdə İDİ könüllü surətdə, daxili imkanklar hesabına özünün, ayrı-ayrı namizədlərin və müstəqil olan müşahidəçilərin 475-dən çox müşahidəçi ilə seçki günü əməkdaşlıq edib. Müşahidəçilərə tərəfsiz müşahidəçiliyə dair davranış qaydaları, müşahidəçilərin hüquq və səlahiyyətləri, seçki günü səsvermə və səssayma qaydaları, seçici fəallığının hesablanmas, müşahidəçilik üzrə anket formalarından istifadə və hesabat vermə üzrə təlimatlandırılıb. Muşahidəcilər səsvermə günü üçün Yaddaş kitabçası, Muşahidəçilər üçün Yaddaş, muşahidə uzrə anketlər (secici fəallığını uzrə Anket forması, müşahidəçiliyə dair RƏY forması, pozuntulara dair Akt forması və səsvermənin yekunlarına dair protokolun surəti) və təlimatlarla təmin ediliblər. Muşahidəcilər gun ərzində 8 dəfə - secki məntəqəsinin acılması, səsvermə prosesi və seçicilərin fəallığı və səslərin sayılması üzrə monitorinqin nəticələrini Məlumat Mərkəzinə təqdim ediblər. Məlumat Mərkəzində calışan operatorlar muşahidəcilərdən daxil olan hesabatları xususi metodologiya əsasında komputer bazasına daxil edib. Eyni zamanda secki gunu İDİ-nin huquqşunası ekspert qismində fəaliyyət gostərib. Ekspert muşahidəcilərə səsvermə prosesi və səslərin sayılması uzrə huquqi yardım edib.

Secki gunundən sonra muşahidəcilərin verdiyi məlumatlar onların təqdim etdiyi secici fəallığı uzrə Anket forması, müşahidəçiliyə dair RƏY forması, pozuntulara dair Akt forması və səsvermənin yekunlarına dair protokolun surətlərilə tutuşdurularaq dəqiqləşdirilib.

Seçki məntəqələrinin açılması və səsverməyə hazırlığı 

Müşahidə aparılan seçki məntəqələrinin açılması və səsverməyə hazırlıq zamanı çox saylı pozuntular qeydə alınıb. Beləliklə:

 ·Seçki məntəqələrinin 21,6%-də səsverməyə hazırlıq vaxtında başlamayıb.

·Seçki məntəqələrinin 30,9%-də səsvermə otağında səsverməyə dair təlimat və məlumat plakatları olmayıb.

·11,3% seçki məntəqəsində səsvermə otağının daxilində və xaricində təşviqat materiallarına rast gəlinib.

·Seçki məntəqələrinin 56,7%-də seçki bülletenləri sayılmayıb, möhürləndiyi göstərilməyib, 53,6%-də isə sayılsa da, sayı elan olunmayıb.

·70,1% seçki məntəqəsində istifadə edilməmiş qeydiyyatdançıxma vəsiqələri sayılaraq, yarı kəsməklə ləğv edilərək, ayrıca zərfə qoyulmayıb və bu barədə akt tərtib edilməyib.

·39,8% seçki məntəqəsində mürəkkəb və ultrabənovşəyi lampalar yoxlanılmayıb.

·Seçki məntəqələrinin 80.4 %-də MnSK sədri boş seçki qutularını müşahidəçilərə göstərib, onları bağlayıb və fərdi nömrələnmiş birdəfəlik plastik kilidlə bağlasa da, məntəqələrin 48,4%-də kilidlərin fərdi nömrələrini elan etməyib və bu nömrələr müvafiq aktda qeyd olunmayıb.

 Səsvermə prosesi 

01 noyabr 2015-ci il tarixli Parlament seçkilərində İDİ səsvermə prosesində müxtəlif növ seçki hərəkətlərinin Seçki Məcəlləsinin tələblərində nəzərdə tutulduğu kimi deyil, pozuntularla müşayiət olunmasını aşağıdakı formada qeydə alıb:

 Seçki məntəqələrinin 45,4%-də MnSK üzvü səsvermə otağının girişində seçicinin şəxsiyyətini təsdiq edən müvafiq sənədi sona qədər ciddi yoxlamayıb.

·46,4% seçki məntəqəsində MnSK üzvü səsvermə otağının girişində ultrabənövşəyi lampa vasitəsilə seçicinin sol əlinin baş barmağının mürəkkəblə işarələndiyini yoxlamayıb.

·Barmağının mürəkkəblə işarələnməsini yoxlatdırmaqdan imtina edən seçicilər 29,9% seçki məntəqəsində səsvermə otağına buraxılıb.

·25,8% seçki məntəqəsində səs vermək üçün MSK-nın müəyyənləşdirdiyi müvafiq sənədlərdən başqa digər sənədlərlə səsvermə halı müşahidə olunub.

·48,5% seçki məntəqəsində seçicinin sol əlinin baş barmağının mürəkkəblə işarələnməməsi halları müşahidə olunub.

·Barmağının mürəkkəblə işarələnməsinə razı olmayan seçicilərə səsverməyə icazə verilməsi hallarına 29,9% seçki məntəqəsində rast gəlinib.

·42,4% seçki məntəqəsində seçki bülleteninin nömrələnmiş yuxarı sol küncünün qabaqcadan kəsilməsi halı müşahidə olunub.

·Seçki məntəqələrinin 42,2%-də seçicinin seçki bülleteni alması haqqında seçici siyahısında adının qarşısında imza qrafasında imza atmaması hallarına rast gəlinib.

·48,4% seçki məntəqəsində seçicinin seçki bülleteni alması haqqında seçici siyahısında başqasının adının qarşısında imza qrafasında imza atması hallarına rast gəlinib.

·Seçki məntəqələrinin 48,4%-də səsvermənin gizliliyinin pozulması halı müşahidə olunub.

·51,5% seçki məntəqələrində başqasının əvəzinə səsvermə halı müşahidə olunub.

·Bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin atılması halı 63,9% seçki məntəqəsində müşahidə olunub.

·42,2% seçki məntəqəsində seçicinin iradəsinə təsir etmə hallarına rast gəlinib.

·40,2% seçki məntəqəsində səsvermə kabinəsinə birdən artıq şəxsin daxil olması hallarına rast gəlinib.

·Seçki məntəqələrinin 29,9%-də polis seçki məntəqəsindən azı 100 metr aralıda dayanmalıdır prinsipinə əməl olunmayıb.

·18,5% seçki məntəqəsində səsvermə otağında seçici qismində istisna olmaqla polis əməkdaşlarına rast gəlinib.

·Səsvermə otağında MSK və ya DSK tərəfindən verilmiş müvafiq lövhəciyi olmayan şəxslərə (seçicilər istisna olmaqla) 44,3%seçki məntəqəsində rast gəlinib.

·27,8% seçki məntəqəsində səsvermə vaxtında (saat 19:00) başa çatmayıb.

 Səslərin sayılması 

İDİ-nin müşahidəçiləri səslərin sayılması zamanı prosesin keyfiyyətinə təsir edən ciddi qanun pozuntularını qeydə alıblar. Pozuntuları aşağıdakı kimi qruplaşdırılıb: 

·35% seçki məntəqəsində səslərin hesablanması hərəkətlərinin hamısı səsvermə otağında həyata keçirilməyib.

·Seçki məntəqələrinin 33%-də seçki qutuları, seçici siyahıları və digər seçki materialları səslərin hesablanması başa çatanadək səsvermə otağında qalmayıb.

·20,6% seçki məntəqəsində səslərin sayılmasının komissiya üzvlərindən başqa hər hansı başqa şəxs tərəfindən aparılması hallarına rast gəlinib.

·Seçki qutuları açılmazdan əvvəl MnSK üzvləri tərəfindən aşağıdakılar müəyyən edilməyib:

Ø Seçici siyahısındakı seçicilərin sayı - 36,0% seçki məntəqəsində

Ø Əlavə seçici siyahısında olan seçicilərin sayı - 58,8% seçki məntəqəsində

Ø Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsilə səs vermiş seçicilərin sayı - 59,8% seçki məntəqəsində

Ø Səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi almış seçicilərin sayı -63,9% seçki məntəqəsində

Ø Məntəqə üzrə seçicilərin ümumi sayı - 39,2% seçki məntəqəsində

Ø DSK tərəfindən verilmiş seçki bülletenlərinin sayı - 44,5% seçki məntəqəsində

Ø Seçki bülleteni almış seçicilərin sayı - 52,6% seçki məntəqəsində

Ø Səsvermə otağından kənarda səs vermiş seçicilərin ərizələrinin sayı - 55,7% seçki məntəqəsində

Ø Səsvermə otağından kənarda səs verən seçicilərə verilmiş seçki bülletenlərinin sayı - 54,6% seçki məntəqəsində

Ø Istifadə edilməmiş seçki bülletenlərinin sayı - 44,3% seçki məntəqəsində

Ø Korlanmış seçki bülletenlərinin sayı - 49,5% seçki məntəqəsində

·85,6% seçki məntəqəsində karbonlaşmış (əsas) protokolun 1- 6- cı bəndləri qutular açılmamışdan doldurulmalıdır prinsipinə əməl olunmayıb.

·Seçki məntəqələrinin 52,6%-də qutular açılmamışdan kilidlər yoxlanmayıb və fərdi nömrələr elan olunmayıb.

·48,5% seçki məntəqəsində səslərin hesablanması ümumi hesablanma prosesinə yekun vurulanadək fasiləsizaparılmalıdır prinsipi iləaparılmayıb.

·18,6% seçki məntəqəsində səslərin sayılmasının səs vermə otağından kənarda baş verməsihalına rast gəlindi.

·Seçki məntəqələrinin 55,7%-səslərin sayılması müşahidəçilərin müşahidəsi altında baş verməyib.

·24,8% seçki məntəqəsind səslərin sayılması zamanı bülletenlərin qarışdırılması, dəyişdirilməsi və ya üzərinə işarə qoyulması halına rast gəlindi.

·74,2% seçki məntəqəsində səslərin hesablanması namizədlərin aldığı real səslərə uyğun hesablanmadı.

·68,0% seçki məntəqəsində karbonlaşmış protokollar səsvermə otağında tərtib olunmadı.

·72,1% seçki məntəqəsində protokolun təsdiq olunmuş surətini müşahidəçilərə əldə etməyə imkan yaradılmadı.

·Seçki məntəqəsinin 33,0%-də əsas protokollar səs vermə otağında yazılmadan seçki sənədlərinin otaqdan çıxarılması halına rast gəlindi.

·90,8% seçki məntəqəsində protokolun imza və möhürlə təsdiq olunmuş bir nüsxəsi divardan asılmadı.

·15,5% seçki məntəqəsində səslərin sayılması və protokolların yazılmasına kənar şəxslərin müdaxiləsi müşahidə olundu

·33,0% seçki məntəqəsində MnSK sədri və komissiya üzvlərinə kənar şəxslərin göstəriş vermə halı müşahidə olundu.

Komissiya üzvlərinin iş keyfiyyəti 

Seçki məntəqəsinin 45,3%-də MnSK sədri və üzvlərinin müşahidə edənlərin qanunauyğun suallarına cavab verməməsi hallarına rast gəlinib. MnSK sədri və üzvləri tərəfindən müşahidəçilərin irad və təkliflərinə etinasız (saymazyana) yanaşma hallarına 61,9% seçki məntəqələrində rast gəlinib. 

Seçici fəallığı 

İDİ müşahidəçiləri müşahidə apardıqları 25 seçki dairəsi üzrə seçici fəallığını öyrənmək üçün səsvermə otağının daxilində səsvermə kabinəsindən çıxıb seçki qutusuna bülleten atan şəxslərin sayını onlara verilmiş Anketə qeyd etməklə hesablayıb 5 dəfə, saat 10, 12, 15, 17 və 19:00-da mərkəzə məlumt ötürmüşdür. Aşağıda MSK-nın rəqəmlərilə müqayisəli şəkildə saatlara uyğun seçici fəallığı göstərilmişdir: 
                

                      MSK                    İDİ


Saat 10:00       11.06%                5.36%

Saat 12:00       26.01%                12.64%

Saat 15:00       40.14%                20.62%

Saat 17:00       47.00%                24.25%

Saat 19:00       52.76%                25.52%

 

İDİ-nin apardığı müşahidələr nəticəsində 25 seçki dairəsi üzrə səsvermənin sonuna seçici fəallığı 25.52 % olmuşdur. Ancaq MSK-nın ilkin rəsmi məlumatına əsasən bu seçki dairələri üzrə seçici fəallığı 52,76% göstərilmişdir. 
Müşahidələr statik aparıldığına görə səsvermədə "karusel” əməliyyatını təsbit etmək mümkün olmayıb. Yəni İDİ müşahidəçilərinin məlumatı əsasında seçici fəallığı barədə açıqlanan sayın içərisində bu əməliyyatda iştirak edənlərin də olması mümkündür. 
Müşahidə aparılan seçki məntəqələrində seçici fəallığının süni olaraq yaradılmasına rəvac verən ciddi qanun pozuntularının baş verdiyini nəzərə alaraq, MSK-nın elan etdiyi ölkə üzrə son rəsmi rəqəmin (55,07%) həqiqiliyi ciddi şübhə doğurur.
İDİ hesab edir ki, 01 noyabr 2015-ci il tarixli Parlament seçkilərində əslində seçici fəallığının aşağı olması seçki prosesində rəqabətin olmaması, davamlı seçkilərin saxtalaşdırlmasına dair ictimai rəydə olan yüksək şübhələr, seçki öncəsi müstəqil və müxalif namizədlərə yaradılan ciddi manelər, seçki prosesinin ədalətliliyinə inamın aşağı olmasıyla yerli özünidarə institununun nüfuzunun aşağı olması və bələdiyyələrin müstəqilliyinin və statusunun artırılmasına dair götürlmüş beynəlxalq öhdəliyin yerinə yetirilməməsilə bağlıdır.

 

Seçki günü müşahidəçilərə təzyiqlər

Müşahidə aparılan seçki məntqələrində İDİ müşahidəçilərinin fəaliyyətinə müxtəlif manelər yaradılıb. Müşahidəçilərin rəyinə görə ümumilikdə səsvermə prosesi zamanı 45,3% seçki məntəqəsində müşahidəçilərə komissiya üzvləri və digər şəxlər tərəfindən təzyiq etmə halları müşahidə olunub.

İDİ monitorinq zamanı müşahidəçilərə təzyiq və müdaxilələrlə bağlı qeydə aldığı faktları aşağıdakı kimi təsnifləndirilmişdir:

  • 87 Ağsu-İsmayıllı Seçki Dairəsinin 20 saylı məntəqəsində bülletenlərin sayılmasında iştirak etməsinlər deyə müşahidəçiləri çölə çıxarmağa cəhd ediblər. Həmçinin dairənin 37 saylı məntəqəsində polis deputatlığa namizəd Zəka Şikarlının müşahidəçisinə təzyiq edərək onu məntəqədən uzaqlaşdırıb. 31 saylı İlxıçı kənd məntəqəsində isə komissiya sədri Fərzəliyev Rasim müxalifətçi namizədin müşahidəçisinə çəkilş aparamaq üçün icazə verməyib.
  • 67 saylı Cəlilabad şəhər Seçki Dairəsində 4, 9, 11 saylı məntəqələrində səslərin sayılması zamanı müşahidəçilər məntəqədən kənarlaşdırılıblar.
  • 95 saylı Tərtər seçki dairəsininin 14 saylı məntəqəsində müşahidəçilərin fəaliyyətinə müdaxilələr edilmiş, onlara yekun protokollar verilməmiş məntəqədən uzaqlaşdırılmışlar.
  • 85 saylı Şamaxı seçki dairəsinin 3 saylı məntəqəsində komissiya sədri Ərəstun Xələfov yekun protokolları müşahidəçilərə verməyib, müşahidəçilərə zor tətbiq edib.
  • 55 Xaçmaz seçki dairəsinin 20 saylı seçki məntəqəsində RİH-nin baş məsləhətçisi Yaqut Məsimova Qobuqırağı kənd icra nümayəndəsi Fərman Babayevin rəhbərliyi müşahidəçilərin fəaliyyətinə müdaxilə edilmişdir.
  • 31 saylı Suraxanı ikinci seçki dairəsinin 21 saylı məntəqəsində müşahidəçilərin aktivliyini görən MnSK sədri polis çağırmış və məntəqə polis nəzarətində fəaliyyət göstərmışdir.
  • 11 saylı Qaradağ seçki dairəsinin 21 saylı məntəqəsində saat 17-18 radələrində xüsusi geyimli bir qrup mülki şəxs müşahidəçiləri dövriyyəyə almış, onların fəaliyyətinə mane olmuşlar. Həmin dairənin 37 saylı məntəqəsində saat 17:30 radələrində polis müşahidəçi Eyvaz Məmmədovu məntəqədən uzaqlaşdıraraq polis bölməsinə aparmışdır.
  • 71 saylı Masallı kənd seçki dairəsinin 18 saylı məntəqəsində saat 15:20-də YAP-ın müşahidəçisi Təhmasib Muxtarov digər müşahidəçiləri hədələmişdir.
  • 33 saylı Xətai birinci seçki dairəsinin 20 saylı məntəqəsinin sədri deputatlığa namizəd Ruslan İzzətlinin müşahidəçisini məntəqəyə buraxmamışdır.
  • 15 saylı Binəqədi birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində müşahidəçilərə təzyiq edilmişdir.
  • 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 17 saylı məntəqəsində müşahidəçiyə seçkini müşahidə etməyə imkan verilməmişdir.
  • 21 saylı Nəsimi Birinci seçki dairəsinin 27 saylı seçki məntəqəsində müşahidəçilər 07:00-da məntəqəyə buraxılmalı olduğu halda, 07:30-da buraxılmış, 8 saylı məntəqədə müşahidəyə seçkini izləməyə imkan verilməmişdir(08:30).

 Nəticə və tövsiyələr

İDİ 01 noyabr 2015-ci il Parlament seçkilərinin müşahidəsinə dair aşağıda göstərilən ilkin nəticələrə gəlib:

·01 noyabr 2015-ci il Parlament seçkiləri zamanı seçkiqabağı mühit azad və demokratik seçkilər keçirməyə imkan verməyib, siyasi azadlıqlar, xüsusən də söz və mətbuat azadlığı, birləşmək və sərbəst toplaşmaq azadlığı yönündə çatışmazlıqlar aradan qalxmayıb. Əksinə bu seçkilər siyasi və vətəndaş cəmiyyəti fəallarının, tanınmış huquq müdafiəcilərinin, jurnalist və blogerlərin həbsi və nəticə etibarilə ölkədə olan represiya mühiti altında aparılıb.

·01 noyabr 2015-ci il Parlament seçkiləri dövründə seçkilərində namizədlərin qeydiyyatı dövrü ciddi qanun pozuntuları ilə müşayiət olunaraq, seçkilərdə alternativsizlik mühitinin yaradılması ilə nəticələnib. Bunu seçkidə iştirak edən partiyalar və onların qeydə alınmış namizədləri barədə MSK-nın rəsmi məlumatına baxdıqda aydın görmək olur.

·01 noyabr 2015-ci il Parlament seçkilərində seçkiqabağı təşviqat kampaniyasında qarşıduran siyasi tərəflər, o cümlədən namizədlər arasında bərabər və rəqabətli siyasi şərait təmin olunmayıb.

·Seçki prosesində seçki iştirakçılarına, xüsusən də siyasi partiyalar, namizədlər, seçicilər və müşahidəçilərə qarşı təzyiq və təhdidlər qeydə alınıb.

·Namizədlərin irəli surulməsi və qeydiyyatı prosesində namizədlərə munasibətdə ciddi ayrı-seckilik muşahidə edilib. Belə ki, hakim YAP-nın uzvlərinin qeydiyyatında hec bir maneciliklər olmayıb. Bunun əksinə olaraq muxalif siyasi partiya uzvlərinin qeydiyyatında isə DSK-lar və ya yerli icra hakimiyyətləri tərəfindən coxlu sayda suni əngəllər yaradılıb. Bəzən yerli icra numayəndələri tərəfindən onlara təzyiqlər olub.

·ATƏT DTİHB və Avropa Şurası Venesiya Komissiyasının secki qanunvericiliyinə dair təklifləri qəbul edilməyib. Əksinə olaraq, son bir neçə ildə Seçki Məcəlləsinə edilmiş mürtəce əlavə və dəyişikliklər nəticəsində bir sıra seçki hərəkətlərinin icrası çətinləşmiş, namizədlərin qeydiyyatı və seçkiqabağı təşviqata hüquqi məhdudiyyətlər yaranmışdır.

·Səsvermə günü seçki məntəqələrində çox saylı qanun pozuntuları, xüsusən də bir şəxsin bir neçə dəfə səs verməsi və topa bülletenlərdən istifadə halları qeydə alınmış, səslərin sayılması və protokollaşması prosesi ciddi pozuntularla aparılmış, bununla da səsvermənin qanuni nəticələri şübhə altına düşüb.

·Secki gunu secici fəallığı barədə rəsmi məlumatlar ciddi şubhə doğurub və əksər secki məntəqlərində secici fəallığı suni olaraq şişirdilib;

Beləliklə, İDİ 01 noyabr 2015-ci il Parlament seckilərinin monitorinqinin nəticələrini umumiləşdirərək aşağıdakı rəyə gəlir:

·01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasında Parlamentə kecirilən secki azad, ədalətli, şəffaf və demokratik olmayıb. Seckilərin butun mərhələlərində, əsasən də namizədlərin irəli sürülməsi və qeydiyyatı, seckiqabağı təşviqat və secki gunu səsvermənin nəticələri uzrə umumiləşdirmə gostərir ki, bu secki rəaqbətsiz və alternativsizlik şəraitində baş verib, Azərbaycan xalqının həqiqi iradəsini ifadə edən seckilər olmayıb.

·Seçkilərdə qeydə alınmış qanun pozuntuları və seçkiqabağı siyasi mühit, azad və ədalətli seçkilərin keçirilməsinə imkan verməmiş, bununla da Parlament seçkiləri Azərbaycan Respublikasının yerli qanunvericliyinə və beynəlxalq standartlara uyğun keçirilməmişdir.

·Azərbaycan Respublikasının dovlət orqanları, xususən də siyasi hakimiyyət bu seckinin azad, ədalətli və demokratik kecirilməsi ucun siyasi iradə numayiş etdirə bilməmişdir. 

İDİ 01 noyabr 2015-ci il Parlament seçkilərinin monitorinqinin ilkin nəticələrinə dair aşağıdakı tövsiyyələri diqqətə çatdırır:

·Qanun pozuntuları ilə bağlı bütün müraciət və şikayətləri seçki komissiyaları dərhal araşdırmalı, bu prosesdə iştirak edən səlahiyyətli şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində müfaviq qərarlarını ictimaiyyətə çatdırmalıdır.

·Ölkədə siyasi və vətəndaş cəmiyyəti fəallarına qarşı aparılan represiyalar dayandırılmalı, beynəlxalq ictimaiyyətin siyasi məhbus kimi tanıdığı şəxslər həbsdən azad olunmalı, problemlərin həlli qarşılıqlı dialoq şəraitində həyata keçirilməlidir.

·Respublikada siyasi azadlıqlarla bağlı müşahidə olunan siyasi böhranın aradan qalxması üçün siyasi hakimiyyət dövlətlə vətəndaşlar arasında siyasi inam yaratmağa cəhd göstərməlidir.

·Siyasi hakimiyyət bütün siyasi rəqiblərinin dövlət və yerli idarəetmədə sərbəst və bərabər təmsilçiliyinə şərait yaratmalıdır.

·Dövlət strukturları vətəndaşların sərbəst toplaşmaq, söz və mətbuat azadlığını təmin edən insan və vətəndaş hüquqlarına hörmət etməlidirlər.

·Seçki Məcəlləsinin yerli ictimai-siyasi təşkilatlar, habelə Avropa Şurasının Venesiya Komissiyasının tövsiyyələri əsasında təkmilləşdirilməsi üçün siyasi iradə nümayiş etdirilməlidir;

·Secki komissiyalarının tərkibi əsas siyasi quvvələrin bərabər təmsilciliyi ilə paritet prinsipi əsasında təşkil edilməlidir.

·Secki huquqlarının pozulmasına dair şikayətlərin verilməsi və baxılmasına dair demokratik və təkmil qaydalar muəyyənləşdirilməlidir.

·Seçki komissiyaları gələcəkdə seçki prosesində aşkarlığın təmin olunması ilə bağlı səylər nümayiş etdirməli, bütün vətəndaşlara seçki prosesini heç bir təzyiq olmadan müşahidəsi üçün şərait yaratmalıdır. 

IDI İdarə Heyəti

Bakı şəhəri, 02 noyabr 2015-ci il

Əlavə

Müşahidə prosesi aparılmış seçki dairələrinin

S İ Y A H I S I

 

No

Seçki dairəsinin adı

1.

10 saylı Binəqədi 1-ci

2.

11 saylı Qaradağ

3.

15 saylı Yasamal 1-ci

4.

18 saylı Nərimanov-Nizami

5.

21 saylı Nəsimi 1-ci

6.

22 saylı Nəsimi 2-ci

7.

23 saylı Nəsimi-Səbail

8.

31 saylı Suraxanı 1-ci

9.

33 saylı Xətai 1-ci

10.

42 saylı Sumqayıt 2-ci

11.

43 saylı Sumqayıt 3-cü

12.

46 saylı Şirvan

13.

55 saylı Xaçmaz

14.

59 saylı Salyan

15.

61 saylı Neftçala

16.

63 saylı Sabirabad 1-ci

17.

67 saylı Cəlilabad

18.

71 saylı Masallı kənd

19.

79 saylı İmişli

20.

87 saylı Ağsu-İsmayıllı

21.

95 saylı Tərtər

22.

96 saylı Goranboy-Naftalan

23.

107 saylı Qazax

24.

115 saylı Şəki kənd 2-ci

25.

120 saylı Cəbrayıl-Qubadlı