İlham Əliyev and içib

İlham Əliyev and içib

14-02-2024 15:16 / Bu xəbər 607 dəfə oxundu

Andiçmə mərasimi bu dəfə də Milli Məclisdə baş tutub

Fevralın 14-də Milli Məclisdə Azərbaycanın Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, dünən Prezident seçkisinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək İlham Əliyevi Azərbaycanın Prezidenti elan ediblər.

Prezident İlham Əliyev Konstitusiyaya və "Quran”a and içib.

Fevralın 13-də Konstitusiya Məhkəməsi Prezident seçkisinin nəticəsini təsdiq edib.

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilib.

Seçkiyə 7 namizəd qatılıb.

Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsaslanaraq bildirib ki, İlham Əliyev 92.12 faiz səslə Prezident seçkilərində qalib gəlib.

MSK-in sonuncu məlumatında seçici fəallığı 76,43 faiz göstərilmişdi.

Digər namizədlərin topladığı səslər isə beləydi:

"Zahid Oruc – 2,17 faiz (107 877 səs); Fazil Mustafa – 1,98 faiz (98 623 səs); Qüdrət Həsənquliyev – 1,72 faiz (85 607 səs); Razi Nurullayev – 0,80 faiz (39 797 səs); Elşad Musayev – 0,66 faiz (32 956 səs); Fuad Əliyev – 0,53 faiz (26 561 səs)”.

Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edib.

İlham Əliyev 20 ildən çoxdur Prezident vəzifəsini icra edir.