İlham Əliyev nazir müavinini vəzifəsindən azad etdi

İlham Əliyev nazir müavinini vəzifəsindən azad etdi

15-06-2021 16:21 / Bu xəbər 1127 dəfə oxundu

Rövşən Rüstəmov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olundu

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev iyunun 14-də sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Rüstəmov Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.

Rövşən Rüstəmov bu təyinata qədər "Azərkosmos” ASC-nin sədr müavini vəzifəsində çalışıb.

Elmir Vəlizadə 2007-ci ildən nazir müavini postunu tuturdu.

Yanvarın 26-da Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunan Rəşad Nəbiyevin üç müavini var: Əli Abdullayev 1-ci müavin, Rəhman Hümmətov və Rövşən Rüstəmov müavin vəzifələrini daşıyır.