İlham Əliyev Yunanıstandakı səfiri geri çağırdı

İlham Əliyev Yunanıstandakı səfiri geri çağırdı

07-04-2023 16:54 / Bu xəbər 1162 dəfə oxundu

Ramil Qurbanov Los-Ancelesə baş konsul göndərildi

Anar Hüseynov Azərbaycanının Yunanıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bu barədə Prezident İlham Əliyev aprelin 7-də sərəncan imzalayıb.

Anar Hüseynov 2019-cu ilin sentyabrından Azərbaycanı Yunanıstanda təmsil edirdi.

Dövlət başçısının digər sərəncamı ilə Ramil Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycanın baş konsulu təyin edilib.

Ramil Qurbanov isə bu günə qədər Azərbaycanın Avstraliyadakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində çalışıb.