İlham Əliyevdən yeni təyinatlar

İlham Əliyevdən yeni təyinatlar

28-12-2022 16:56 / Bu xəbər 1015 dəfə oxundu

Qətərə səfir, KSQT-yə nümayəndə təyin edilib

Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda (KSQT) daimi nümayəndə təyin edilib.

Bununla bağlı dövlət başçısı İlham Əliyev dekabrın 28-də sərəncam imzalayıb.

Prezident bu gün Rəşad İsmayılovu Azərbaycanın Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

Qətər dövlətinə Mahir Əliyev səfir təyin olunub.

Mahir Əliyev 2022-ci ilin oktyabrına qədər Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərində təmsil edib.

R.İsmayılov 2018-ci ildən Qətərdə Azərbaycanı təmsil edirdi.

Ona qədər Rəşad İsmayılov Gürcüstanın Batumi şəhərində Baş Konsul olub.